PKK tükənir: SAYLARI 700-ə DÜŞDÜ

Baxış sayı:
3298

Türkiyə Təhlükəsizlik Qüvvələrinin "gözlə, əməliyyat başla” üsulu əvəzinə, hər yerdə, hər şəraitdə əməliyyata keçilməsi ilə vətən xainlərinə tarixin ən böyük zərbəsi vuruldu. 2018-ci il ərzində terror təşkilatı 788 sığınacaq və mağarada 43 ton yaşayış üçün lazım olan bütün təhcizatını itirməklə qışlanmaya keçə bilmədi. Bunun nəticəsində təşkilatdan qaçışlar sürətləndi. Daha əvvəl ölkə daxilində 3 min ilə 5 min arası terrorist varkən, bu say indi 700-ə qədər düşdü.
 
SİLAHLARINI QOYUB QAÇDILAR
 
Təhlükəsizlik qüvvələrinin apardığı qətiyyətli mübarizədən sonra önəmli itkilər verən təşkilatdan qaçışların sürətləndiyi qeyd olunub. Əməliyyatlarda çoxsaylı sözdə üst səviyyə liderlərin öldürülməsi PKK-da bəzi terrorçuların silah və sursatlarını dağlıq sahəyə gizlədərək təşkilatı tərk edib, böyük şəhərlərə qaçmasına səbəb olub.
Əməliyyatlarda, Daxili İşlər Nazirliyinin "axtarılan terrorçular siyahısı" nin "qırmızı kategoriyas”ında yer alan və başına 4 milyon lirə mükafat qoyulan 11 PKK başçısı da öldürülüb.
Müxalifət.az