PKK terrorçusundan şok etiraflar

Baxış sayı:
5962

Türkiyənin İraqla sərhəddindəki Gabar dağında yerləşmiş 6-cı Komando Tugay Komandanlığına bağlı baza bölgəsinə 30 yanvarda bir PKK terrorçusu təslim olub. "Garzan" kod adlı M.D, jandarmadaki ifadəsində təşkilatda yaşadıqlarını və şahid olduqlarını izah edib.
 
Terrorçular tərəfindən 2015-ci ildə aldadılaraq dağa çıxardıldığını qeyd edən M.D, "Mənə 'sən dövlətə baş qaldırdın, artıq dövlət səni rahat buraxmaz, ən az 13 il yatarsan” yalanını uydurdular, mən də buna inanıb, terror təşkilatına qatıldım" deyib.
PKK terrorçularının dağa aparılan gənclərə dövləti pisləməyərək onları aldatmaq üçün hər cür yalanı uydurduğunu ifadə edən M.D, bunları qeyd edib:
"Davamlı qətlə yetirildilər, öldürüldülər, həbsxanaya atıldılar” yalanını ortaya atırdılar. Ailəmdən nə öldürülən, nə qətl edilən vardı, nə də həbsə atılan. Heç bir şeyim yox idi. Bunların etdiyi çox açıq-aşkar yalan danışmaq idi, beyni yuma deyəcəyəm, amma yumaq təmizlikdir, bunların etdiyi yumaq deyil, beyin qaraltma üsulu idi. Bu şəkildə məni öz yanlarına çəkdilər. Mən də qorxdum, həbsə düşmək qorxusu ilə getdim bunlara qoşuldum. Məni Şimali İraqa göndərdilər, orada əsas təlimi keçdim".
 
"DAVAMLI TƏLAŞ İÇİNDƏDİRLƏR"
 
"Təlimdə top və tank atışından necə qorunulur,pilotsuz İHA və SİHA-lardan necə gizlənilir kimi məlumatlar verdilər" deyən M.D, ərazidə SİHA və İHA-ların qorxusuyla ən çox 4 adamın bir araya gələ bildiyini söyləyib. M.D, "O 4 nəfər də bir ağacın altında gizlənərək, aman hərəkət etməyin, tərpənməyin. Siqaret çəkməyin. Səssiz olun da dinləyək ərazidə ola bilərlər onsuz da İHA gəzir' deyə davamlı bir təlaş içindədirlər" deyə ifadəsində qeyd edib.
 
"İtkilərdən söz edilmir"
 
PKK-lı terrorçuların davamlı öz media kanallarını dinləmələri mövzusunda təzyiq etdiyinə diqqəti çəkən M.D, kanallarında davamlı yalan və səhv məlumatların verildiyinə şahid olduğunu söyləyib.
Təşkilatın radiolarında davamlı quru təbliğat apardıqlarını vurğulayan M.D, ifadəsində bunları izah edib:
"Deyirlər ki,'Bizim partizan qüvvələrimiz filan yerdə bu qədər əsgər öldürdü. Filan yerdə bu qədər hərəkət etdi, filan ərazini xilas etdi”.' Halbuki elə bir şey yox idi, mən özüm görürdüm. Hava hücumu olurdu, yanımızda 3-4 adam ölürdü. Onların kanallarında hər hansı bir itki ilə bağlı məlumat verilmirdi. Doğru olanı paylaşmaq əvəzinə, öz bazalarına və dəstəkçilərinə qarşı hər şeyin normal olduğunu göstərmək idi məqsədləri. Bunların xəyalları hamısı uydurulmuş hekayədən başqa bir şey deyil. Bunlar belə bir şeyi onsuz da bacara bilməzlər. Bunun qarşısını almaq üçün bunların hamısını gizlədirlər. Bunu deyə bilərəm ki, dövlətin etdiyi ölkə içi və xarici əməliyyatlar, İHA və SİHA-lar təşkilatı psixoloji olaraq pərişan edib".
 
"Donuzları vurub yeyirlər"
 
Təşkilatdakı təlaşın zaman zaman simsiz rabitə danışıqlarında da əks olunduğunu ifadə edən M.D, qısa zaman öncə şahidlik etdiyi hadisəni belə qeyd edir:
"Təslim olmadan əvvəl son TSQ-nin Fəratın şərqinə əməliyyat edəcəyi məlumatından sonra bir təpəni tutmamız istəndi. Simsiz rabitə ilə davamlı 'təpəni əsla buraxmayın' xəbərdarlığına baxmayaraq onlar da 'təyyarələrdən başımızı qaldıra bilmirik' deyə cavab verdilər və təyyarələrdən gələn ilk atəşdə bütün ağır silahlılar mövqelərini buraxıb, qaçmışdı. Bu təlaşa görə, döyüşmə gücləri də qalmamış onsuz da. Döyüşmə bir yana, qarınlarını doyuracaq qida belə tapa bilmirlər, gedib donuzları vurub, yeyirlər, bizə də zorla yedirtdirirlər".
Son zamanlarda terrordan axtarılanlar siyahısında olan 20-25 illik sözdə komandir səviyyəsindəki təşkilat mənsublarının təhlükəsizlik güclərinə təslim olmalarının təşkilatda böyük bir narahatlıq yaratdığına diqqəti çəkən M.D, TSQ-nin son illərdəki qətiyyətli mövqeyi sayəsində təşkilatda ciddi mənada qırılma və dağılma meydana gəldiyini vurğulayıb.
Müxalifət.az