PKK terrorçuları "Təhlükəsiz Bölgə"yə HÜCUMLARI DAVAM ETDİRİR

Baxış sayı:
2530

ABŞ-ın xüsusi Suriya nümayəndəsi James Jeffrey İstanbul və Ankarada görüşlər keçirərkən, terrorçu PKK/YPG-nin “Sülh mənbəyi” əməliyyat bölgəsinə yönəlmiş hücumları davam edir.

Türkiyə MN, “ Türk ordusunun “təhlükəsiz bölgə” razılaşmasına tam riayət etməsinə rəğmən, PKK/YPG terrorçuları son 24 saatda əməliyyat bölgəsində 8 hücum həyata keçirib”, deyə bəyan edib.
Nazirlik açıqlamada, Tel Abyad və Rasulaynda həyatın öz axarına düşdüyünü, xalqa kömək üçün yaşayış məntəqələrinin təmr olunduğunu, həmçinin, terrorçuların sığınacağı olan Tel Abyaddakı erməni kilsəsinin də təmir edildiyini nəzərə çatdırıb.
Muxalifet.az