PKK terrorçuları rus bayrağı altında gizləndi - FOTOLAR

Baxış sayı:
11860

Muxalifet.az “Hurriyet”ə istinadən xəbər verir ki, Qaziantepin Sarıqamış qəsəbəsinin qarşısında yerləşən terrorçuların işğal etdiyi Zor Mağar kəndindəki müşahidə məntəqəsinə Rusiya bayrağı asılıb. Bu müşahidə nöqtəsindəki tikilinin terrorçular tərəfindən qərargah kimi istifadəolunduğu bildirilir. Günorta saatlarından sonra tikilidə hərəkətlilik müşahidə olunarkən, bayrağı terrorçuların özlərini kamuflyaj etmək üçün asıldığı məlum olub. Xatırladaq ki, Cerablusun düz qarşısındakı Zor Mağar Ayn əl-Ərəbin qərbində yerləşir. Bu bölgənin şimal-qərbində də Süleyman Şah və Sayqı polis məntəqəsinin köçürüldüyü Suriya müşahidə məntəqəsi var. Muxalifet.az