PKK terrorçuları Qərbə yalvarmağa başladı: “Yardım edin”!

Baxış sayı:
11374

Türk əsgərinin son vaxtlarda təşkil etdiyi müvəffəqiyyətli əməliyyatlarla ağır zərbə alan PKK, onları bəsləyən Qərbə yalvararaq yardım etmələrini istəyib.
 
Terror təşkilatı PKK Türk əsgərinin vurduğu pəncəyə qarşı məhdud imkanlarla müqavimət göstərməyə çalışdığını ifadə edərək Türk ordusunun başlatdığı “Pəncə” hərəkatının təcili dayandırılması üçün Qərb ölkələrinə yardım çağırışları etməyə başlayıb.
Hər gün yeni itkilər verildiyini açıqlayan terror təşkilatı PKK-nın alt qolu Xalq Müdafiə Gücləri (YPG), "Məhdud imkanlarla müqavimət göstərməyə çalışırıq. Əməliyyata qarşı qüvvələrimiz məhdud imkanlara baxmayaraq fədai müqavimətçi ruhları ilə düşmənə qarşı hərəkətlər təşkil etməkdədir" deyə bildirib.
Türk komandolarından qorxduqlarını da dilə gətirən terror təşkilatı sözçüsü "30 may günü saat 20.30 radələrində işğalçı TC ordusu Hakurk bölgəsinə bağlı Şəhid Sarya Təpəsini İHA-ların dəstəyi ilə hücum vertolyotları və döyüş təyyarələriylə sıx bir şəkildə bombalamışdır. Bombardmandan sonra 31 may günü saat 13.00 radələrində Skorski vertolyotlar ilə təpəyə endirilən əsgərlər də əməliyyata qatılmışdır" deyərək aqibətlərinin nə olacağını bilmədiklərini bildiriblər.
Dağdakı terror ağaları PKK-nın Avropa bürolarının hərəkətə keçərək Avropa Birliyi parlamentarları ilə görüşmələrini istədikləri və "Türkiyənin “Pəncə” Hərəkatına qarşı təpki göstərərək, hərəkatın bir an əvvəl dayandırılması üçün bütün imkanlarınızı ortaya qoyun" dedikləri öyrənilib. Xüsusilə, sosial media hesabları üzərindən ABŞ və Qərb ölkələrinə səslənən terror seviciləri ilə Türkiyə əleyhdarları edilən hərəkatı işğal kimi göstərməyə çalışırlar.
Müxalifət.az