PKK terrorçuları partlayış törətdi, ÇOXLU SAYDA DİNC SAKİN YARALANDI

Baxış sayı:
1404

Suriyanın şimal-qərbində, Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində təmizlənən Əl-Bab şəhərində insanların sıx olduğu nöqtəyə qoyulmuş bombanın partladılması nəticəsində 11 mülki şəxs yaralanıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında  deyilir.

“Bu dəfə terror təşkilatı PKK/YPG terrorçuları “Fərat qalxanı” əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini hədəf alıb. Terrorçular biri ağır olmaqla azı 11 günahsız mülki insanı yaralayıblar”, - deyə nazirlikdən bildirilib.

 

Yaralılar Əl-Babdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerini araşdıran yerli təhlükəsizlik qüvvələri hücumun YPG/PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirir./apa