PKK terrorçuları İsraildən dəstək istədi - "ABŞ-a TƏZYİQ GÖSTƏRİN, SURİYADAN ÇIXMASIN"

Baxış sayı:
23199

"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan YPG/PKK terror təşkilatı İsrailə doğru yönəlib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, terrorçular Suriyadan əsgərlərini geri çəkən ABŞ-a təzyiq göstərməsini istəyib. Bu barədə İsrailin KAN televiziyasında adı açıqlanmayan YPG-nin rəsmilərindən biri danışıb: "İsrail ABŞ-a təzyiq göstərməlidir. Əks halda, İsrailin bizə kömək edəcəyi bir şey qalmayacaq".