​PKK terror təşkilatının lideri Abdullah Öcalan azadlığa buraxılır? – Rəsmi açıqlama

Baxış sayı:
9520

“PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüş qadağasının ləğvinin İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqəsi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.
Nazir qeyd edib ki, qadağanın ləğvi yeni prosesin başlanğıcı da deyil:
“Bu, yeni həll prosesi deyil və bunun İstanbul seçkisi ilə əlaqəsi yoxdur. Yanvar ayında ailəsi ilə görüşdü, uzun zamandır görüşmürdü. Üstəgəl, vəkilləri ilə görüşə bilmirdi, bununla bağlı məhkəmə qərarı vardı. Bu məsələdə hüquqi qərar verildi və görüş qadağası ləğv edildi. Vəkilləri ilə görüş də bu çərçivədə baş tutub və bunu seçkilərlə əlaqələndirmək düzgün deyil”.
Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi PKK terror təşkilatının İmralı həbsxanasında saxlanılan lideri Abdullah Öcalanla görüş qadağasını ləğv edib. Nazirliyin qərarı Türkiyədə əks reaksiyalara səbəb olub və bunun AKP-MHP koalisiyasının seçkilərlə bağlı planı olduğu iddiasına yol açıb.
Habelə, qərarı Abdullah Öcalanın sərbəst buraxılması üçün yeni prosesin başlanğıcı ilə əlaqələndirənlər də olub.