PKK tayfa başçısını öldürdü: Terrorçulara qarşı üsyan bayrağı çəkildi

Baxış sayı:
4102

Rakkada terror təşkilatı PKK-nın təhdid etdiyi tayfa lideri Bəşir Faysal Huveydi silahlı sui-qəsd nəticəsində öldürülüb. Təşkilat, cinayəti İŞİD-la ört-basdər etməyə çalışıb, ancaq on minlərin ayağa qalxmasının qarşısını ala bilməyəcək. Dəfndə terrorçuları daşqalaq edən xalq, bir çox nöqtədə isə PKK-lıların silahları əllərindən alınıb. Bəyanat verən tayfalar "İşğalçılara qarşı birləşək" çağırışı edib.
 
Suriyada ABŞ-ın dəstəklədiyi PKK-nın işğalındakı Rakkada, regionun ən mühüm tayfalarından olan Afedla-nın lideri Bəşir Faysal el-Huveydi, maşınında məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirib. Rakka Uşaq Xəstəxanasının yaxınlığında törədilən gələn sui-qəsddən sonra şəhər qarışıb. Bölgə Ərəblərinin öndə gələn şəxslərindən və PKK-İŞİD birliyinin əleyhinə olan el-Huveydinin qətli Rakkada böyük etirazlara səbəb olub. Qətl hadisəsini İŞİD-lə örtmək istəyən PKK-nın bu hiyləsi baş tutmayıb. Qətlin PKK tərəfindən törədildiyini düşünən Afedla tayfa mənsubları, dəfnə qatılmaq istəyən terrorçuları daşqalaq ediblər. 2 noyabrda reallaşan sui-qəsddən sonra bölgədəki Ərəb tayfaları birləşərək ABŞ və PKK-ya qarşı ortaq bir bəyanat verib. On minlərlə üzvü olan Velde tayfasının da aralarında olduğu qrupların birgə açıqlamasında "PKK-nın hədəfi hamımızıq. İşğalçılara qarşı birləşək. Uşaqlarınızı PKK-ya göndərməyin. Son cinayət bir işarə fişəngidir. Birlik olmaq məcburiyyətindəyik" deyə qeyd olunub.
 
Bardağı daşıran son damla oldu
 
Rakkanı bir anda qarışdıran sui-qəsdi dəyərləndirən Afedla tayfa mənsubu Əbu Cəfər, “Şeyx Huveydinin öldürülməsi bardağı daşıran son damla oldu" deyib. Qətlə yetirilən Huveydinin yaxın dostu olan Əbu Cəfər, Rakkanın quldur məclisinin sədri başda olmaqla, PKK-lı terrorçuların bir çox bölgədən qovulduğunu söyləyib. Rakkanın bir çox yerində PKK-ya aid nəzarət nöqtələrindən terrorçuların əhali tərəfindən qoyulduğunu və silahlarının əllərindən alındığını bildirən Əbu Cəfər, cinayətin törədilməsi və sonra baş verən prosesləri belə nəql edib:
 
Huveydiden qorxdular
 
"Biz 2 ildən artıq müddətdir ki, tarixin ən pis işğal prosesini yaşayırıq. PKK hamımızın düşməni və regionda tökülən qanın səbəbkarı kimi yalnız Suriyanın deyil, bütün Yaxın Şərq üçün ən böyük təhlükədir. Əvvəla, PKK-nın bölgədə nəfəs almasının da ABŞ sayəsində mümkün olduğunu qeyd etməliyəm. Şeyx Huveydi inqilabçı bir şəxsiyyət idi və PKK işğalına bütün gücü ilə müqavimət göstərdi. Türkiyənin Münbiç, Tel Abyad və Rakkanı da içinə alan terrordan təmizlənmiş bölgə açıqlamaları və bu istiqamətdə atılan addımlar təşkilatı qorxutdu. Huveydi, bütün tayfalar səviyyəsində mötəbər və sözü keçən bir lider idi. Onu, yeni prosesdə Türkiyə ilə birlikdə hərəkət etməsindən və PKK əleyhinə müqaviməti təşkilatlandırmasından qorxaraq qətlə yetirdilər. Onu əvvəlcə ziyafətə dəvət edib, sonra xaincəsinə öldürdülər. Bu ölüm, yeni bir prosesin başlanğıcıdır".
 
Üsyan an məsələsidir
 
Şeyx Huveydinin dəfnində çıxış edən bölgə tayfalarının sözçüsü Şeyx el-Kradi, terror təşkilatı tərəfdarlarına meydan oxuyub. Kradi, "Kim PKK ilə siyasi, hərbi və iqtisadi əməkdaşlıq etsə, hamımızın düşmənidir" - deyib. Kradinin sözlərini xatırladan Əbu Cəfər, "Bu, çox əhəmiyyətli bir sözdür və növbəti prosesdə təsirlərini daha aydın görəcəyik. Hazırda bəzi təşkilat rəhbərləri Rakkadan qaçıb. ABŞ tayfalara "sakit olun” çağırışı edir. Ancaq insanlar bu işğal və qarət prosesilə yanaşı, PKK terrorundan xilas olmaq istəyir. PKK hadisədən dərhal sonra bölgəyə gələrək izləri silməyə çalışdı. Sonra saxta "İŞİD edib” bəyanatı dərc olundu. Bu təşəbbüslər hədəf azdırma məqsədli olduğu çox asan bir şəkildə ortaya çıxdı. Mən cümə günü Şeyx Huveydi ilə birlikdəydim, mənə PKK-nın bəzi şərtlər təklif etdiyini və əks halda öldürməklə təhdid olunduğunu söyləmişdi" deyə söyləyib.

Müxalifət.az