“PKK SİNCARDAN ÇƏKİLDİ” İDDİASI

Baxış sayı:
5914

PKK-nın dünən İraqın Sincar şəhərindən rəsmi şəkildə çəkildiyi irəli sürüldü. Şincarın başçısı Mehma Xelil, PKK döyüşçüləriin avtomobil və  silahları ilə birgə şəhərdən çıxdığını iddia edib.
 
Mövzu ilə əlaqədar olaraq Sputnikə məlumat verən Sincarın başçısı Mehma Xelil bunları deyib:
“PKK, Şengal xalqının və bizim tələbimiz nəticəsində dünən rəsmi bir şəkildə Şengalden çəkildi. Avtomobil və ağır silahları ilə birgə Suriya tərəfinə doğru keçdilər. Nə qədər PKK döyüşçüsünün şəhəri tərk etdiyini isə dəqiq deyə bilmərəm. Kürdüstan hökuməti (IKBY), İraq hökuməti və Şengal xalqı onların Şengalden çıxmasını istəyirdi.
Çıxdıqları və Şengali müdafiə etdikləri üçün onlara təşəkkür edirik. Şengalı və Kürdüstanı müdafiə etdilər. Qan axıtdılar. PKK verdiyi açıqlama ilə artıq xalqın özünü qoruya biləcəyini ifadə edərək çıxdıqlarını deyib. Çıxmaları yerində bir qərar oldu. Türkiyənin təhdidləri səbəbi ilə çəkildikləri barədə bir şey deyə bilmərəm. Nə üçün çəkildikləri çox önəmli deyil, önəmli olan xalqın istəklərinə cavab vermələri oldu. Çıxmaları Şengalın sabitliyinə töhfə verdi".
Türkiyənin PKK-nın İraq qolu kimi gördüyü YBŞ (Şengal Müqavimət Qüvvələri) qüvvələrinin Şengaldə qaldığını və YBŞ qüvvələrinin PKK-nın qolu deyil, bir İraq gücü olduğunu müdafiə edən Xelil, belə davam edib:
YBŞ gücləri Şengallilerdən yaranır. YBŞ, İraq hökuməti ilə mütəmadi görüşür. İraq hökuməti 4 ildir onlara dəstək verir. Şengalın mərkəzində və kəndlərində Haşdi Şabi, İraq ordusu, yerli polis və YBŞ gücləri var. Amma Şengal xalqı Haşdi Şabi qüvvələrinin Şengaldən çıxmasını istəyir.
İraq ordusunun sərhədi qoruya, yerli polislərin isə şəhərdə təhlükəsizliyi təmin edəcəyini düşünür. Şerafeddin məzarı bölgəsində Peşmergə gücləri də var. O bölgədə Haşdi Şabi qüvvələri ilə Peşmergə arasında gərginlik yaşanmışdı, amma problemi həll etdik. İndi bir gərginlik yoxdur".
Türkiyənin Şengalə bir müdaxilə etməsini istəmədiklərini vurğulayan Xelil, Şengalin etibarlı bir yer olduğunu və müdaxilənin heç kəsə bir xeyir gətirməyəcəyini dilə gətirib.
Müxalifət.az