PKK rəsmi olaraq ABŞ HÖKÜMƏTİNƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
2698

Terror təşkilatı PKK-nın Suriya qolu YPG, ABŞ-da qanuni fəaliyyət göstərmək üçün Suriya Demokratik Birliyi (SDB) adı altında ABŞ hökumətinə qeydiyyata alınmaq məqsədilə rəsmi müraciət edib.
 
TRT World televiziyasının əldə etdiyi sənədlərə görə, aralarında üst səviyyə YPG/PKK rəhbərlərindən Ruzigar Mohamedin də oldugu şəxslər, ABŞ-ın paytaxtı Vaşinqtonda ofis açılması və terror təşkilatının ABŞ-dakı fəaliyyətlərinin Suriya Demokratik Birliyi (SDB) adı altında dövlət qeydiyyatına alınması üçün müraciət edib.
TRT World-ə danışan Türk dövlət mənbələri, YPG-nin bu təşəbbüsündən xəbərdar olduqlarını və məsələnin Amerikalı rəsmilərlə keçirilən görüşlərdə gündəmə gəldiyini bildirib.
Amerika Birləşmiş Ştatlarının milyonlarla dollarlıq hərbi yardım etdiyi terror təşkilatının Vaşinqtonda fəaliyyətinə və ofis açmasına icazə verib, verməyəcəyi isə hələlik maraq mövzusu olaraq qalır.
Müxalifət.az