PKK-Rejim bazarlığı! Əsədin terrorçulardan istək siyahısı

Baxış sayı:
4768

 Terror təşkilatı PKK ABŞ-ın "Suriyadan çəkilirik” açıqlamasından sonra Dəməşq rejimi ilə müzakirələrə sürət verib. Təşkilat Əsədin nümayəndələri ilə son görüşü yanvarın 6-də Rakkada edib.
 
Suriya Kəşfiyyatının (Əl-Muhaberat) şefi Əli Məmlük-un rəhbərlik etdiyi Şam heyəti Rakkaya gələrək PKK-lı İlham Əhməd, Eldar Xəlil və Sipan Hamo kimi terrorçubaşları ilə terror regionlarının rejimə təslim edilməsini müzakirə edib. Danışıqlarda Suriyanın Gələcəyi Partiyasının sədri İbrahim Kaftan ilə Suriyada yerləşən Rus qüvvələrindən üç yüksək səviyyəli zabit də iştirak edib.
 
REJİM BUNLARI İSTƏYİB
 
Görüşdə Əsədi təmsil edən Əl-Muhaberatın şefi Əli Məmlük Dəməşqin Münbiç və Qamışlıdan Cerablusun sərhədinə qədər olan bölgəni təhvil almağa hazır olduğunu deyib və şərtlərini belə sadalayıb:
-PKK üzvləri bütün silahlarını rejimə təslim edəcək.
-Əsgər yaşında olanlar orduya qatılacaq.
-Təhvil-təslimdən sonra yüksək səviyyəli PKK-lılara mühüm vəzifələr verilə bilər.
-Bu şərtlər qəbul edildiyi təqdirdə Qamışlı, Eyn əl-Arab, Eyn İsa və Rəsulayn başda olmaqla, bütün bölgələrə rejim əsgərlərini yerləşdirə bilərik.
 
TERROR TƏŞKİLATININ TƏLƏBİ
 
 Toplantıda iştirak edən PKK heyəti isə rejim nümayəndələrinə bu şərtləri təqdim edib:
-Mərkəzi Qamışlı olmaqla muxtar bölgə tələbimizi qəbul edin.
-İran, İraq, Türkiyə kimi qonşu ölkələrdən təşkilata qoşulanlara vətəndaşlıq və Suriya pasportu verilsin.
-Rakka, Deyrizor, Tel Abyadı tərk etməyimiz məsələsində hər hansı bir problem yoxdur. Ancaq Hasəkədən çıxarılan neft və qazdan pay istəyirik.
Rakkada 8 saatdan çox davam edən görüşdən sonra PKK heyəti qərar üçün vaxt istəyib. Əl-Muhaberat şefi Əli Məmlük PKK-nın şərtləri qəbul etdiyi təqdirdə yeni Suriya Konstitusiyasında kürdlərə bəzi istisna haqların veriləcəyi vədini verib, həmçinin Rusiyanın da Türkiyəni işğal olunmuş rayonların rejimə təhvil verilməsi mövzusunda razı edə biləcəyini irəli sürüb.
Müxalifət.az