PKK Ərdoğan əleyhinə İTTİFAQDAN MƏMNUNDUR

Baxış sayı:
2362

PKK-nın Qəndildəki başçılarından olan Duran Qalxan, HDP-nin də Ərdoğan və Baxçalıya qarşı qurulan CHP-İYİ PARTİ ittifaqında yer almasını istəyib.
 
Ərdoğan əleyhinə Qərb tərəfindən qurulan İYİ partiyasının seçkilərdə iştirak edə bilməsi üçün CHP-dən 15 deputat bu təşkilata xüsusi göstərişlə keçib. Kılıçdaroğlu tərəfindən zorla istefa etdirilən şəxslərin kədərləri üzlərindən də oxunurdu.
 
QƏNDİL MƏMNUN
 
İyunun 24-də keçiriləcək seçkilərdən əvvəl atılan bu addım terror təşkilatı PKK tərəfindən sevinclə qarşılanıb.
Təşkilatın Qəndildə gizlənən başçılarından Duran Qalxan, bu ittifaqın daha əvvəl qurulmasının lazım olduğunu deyib.
 
HDP-ni DƏ ALIN
 
CHP-yə səslənən terrorçubaşı, HDP-nin də bu ittifaq içərisində yer almasının lazım olduğunu bildirib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəldiyi təqdirdə hər şeyin sonunun gələ biləcəyini də bildirən terrorçu Qalxan, təşkilatın seçkilərdəki mövqeyini açıq şəkildə ortaya qoymuş olub.
Müxalifət.az