PKK Ərəb döyüşçü və xanımını küçə ortasında edam etdi!

Baxış sayı:
4621

 Suriyanın şimalında yerləşən Hasəkədə “Öcalan yıxılacaq” yazısını divardan silməyə çalışan terror təşkilatı YPG/PKK üzvləri, PKK/YPG-nin təşkil etdiyi SDG cərgələrində yer alan Ərəb döyüşçüylə arvadını küçənin ortasında edam edib.
 
Terror təşkilatı YPG/PKK işğalındakı Rakka rayonunda, terror təşkilatı üzvlərindən biri Ərəbcə "Öcalan yıxılacaq" yazısını silməyə çalışırkən, hadisə yerindən keçən bir Ərəb döyüşçüsünü və xanımını silah gücünə dayandırıb.
Kürd dilində onları təhqir edən YPG/PKK-lı terrorçuların bütün hirsini hadisə yerində dayandırdıqları Ərəb ailəsindən aldığı anların görüntüləri sosial mediada bölüşdürülüb.
Cütlüyün istifadə etdiyi motosikleti ayağıyla təpikləyən YPG/PKK-lı bir terrorçu daha sonra silahını ikisinə də doğruldaraq məhkəməsiz onları güllələyib.
Dərhal da terror təşkilatı üzvləri terrorçubaşı Öcalanın şəkilinin asılı olduğu avtomobillərlə hadisə yerindən uzaqlaşıb.
Qətlə yetirilən Ərəbin YPG/PKK-nın ABŞ dəstəyini almaq üçün örtük olaraq istifadə etdiyi SDG-nin sıralarında döyüşən Ərəblərdən olduğu öyrənilib.
Müxalifət.az