​PKK qatırlarla aparırdı, dronlar məhv etdi - VİDEO

Baxış sayı:
4043

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında qatırla silah və partlayıcı aparan terrorçular dronla məhv edilib.
 
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, əməliyyatı Ağrı vilayətinin Jandarma Komandanlığının hərbçiləri həyat keçirib. Əməliyyatın görüntülərində PKK-çıların qayalıqda hərəkət etməyə çətinlik çəkən heyvana işgəncə verdikləri görünür. Bu, terror təşkilatının təkcə mülki şəxslərə, hərbçilərə qarşı deyil, digər canlılara qarşı da amansız olduğunu göstərir.
Qeyd edək ki, PKK-çıların işgəncə verdiyi qatır əməliyyatdan sonra hərbçilər tərəfindən heyvanları mühafizə xidmətinə təhvil verilib.