PKK QARŞILARINI KƏSƏ BİLMİR! AFRİNDƏN QAÇIRLAR!

Baxış sayı:
8737

Muxalifət.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri açıqlama verərək Afrinin 12 məntəqədən mühasirə edildiyini bəyan edib. Digər tərəfdən Afrindəki dinc vətəndaşlar PKK/PYD terror təşkilatının bütün əngəllərinə rəğmən Afrini tərk eləməyə davam edirlər. PKK-nın “Türkiyə dinc vətəndaşları qətlə yetirir” yalanına meydan verməmək üçün Türkiyə BMT ilə birlikdə yeni bir plan hazırlayıb. BMT ilə birlikdə aparılan müzakirələrdə dinc vətəndaşların Afrindən çıxarılması üçün iki yol müəyyənləşdirilib. Biri Afrinin cənubu, Hələbin isə şimalında qalan, Suriya hökumətinin nəzarəti altındakı bölgədir. İkincisi isə Türkiyənin nəzarət elədiyi Azez rayonundadır. Hər iki məntəqədər mülki vətəndaşların keçidi üçün hazırlıqlar tamamlanıb.
 
Xalq qaçır, PKK qarşısını almağa çalışır
 
Afrində yaşayan mülki vətəndaşların öz əşyaları ilə Afrinin cənubunda yerləşən və Suriya hökumətinin nəzarətində olan Nubul və Zəhra rayonlarına getdikləri bildirilib. Döyüş təhlükəsi altında olan yurdlarını uzun maşın karvanları ilə tərk edən dinc vətəndaşların bəzilərinin isə daxili hissələrdəki Menbiç tərəfinə yollandıqları bəlli olub. PKK isə dinc vətəndaşların Afrini tərk eləməsinin qarşısını almaq üçün hər şeyi edir./Hurriyyet.org