PKK/ PYD-dən ABŞ-a soyuq duş: AMERİKAN ƏSGƏRİNİ HƏBS ETDİLƏR

 Terror təşkilatı PKK/PYD öz cərgələrində olan ABŞ-lı snayper Hovard və dostunu "təşkilatdan ayrılmaq istədikləri üçün həbsə atdı.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ terrorçulara yardım etməklə atdığı bumeranq qayıdıb özünü vurmaqdadır.
 Suriyada İŞİD-lə döyüşdükləri bəhanəsi ilə terror təşkilatı PKK/PYD-yə silah və sursat təmin edən ABŞ, artıq özü terrorçuların hədəfi olmağa başlayıb.
 PYD-yə sadiq Xristian terrorçulardan 2 ABŞ vətəndaşı terror təşkilat tərəfindən həbs edilib. İraq müharibəsində xidmət edən keçmiş donanma zabiti olan və terrorçulara regionda snayper təlimi verən Kevin Hovard sosial media hesabından pasportuna əl qoyan PYD terror təşkilatı tərəfindən təxminən bir ay əvvəl ABŞ-a qayıtmaq istədiyini dediyi üçün həbsə atıldığını bildirib.
 
 TƏŞKİLAT ÜÇÜN HƏR ŞEYİ ETDİM
 
 “Əlinə bir silah alıb, ya Deyr ez-zorda Əsəd rejimi və Ruslara qarşı döyüşəcəksən, ya da həbsə girəcəksən” deyərək təhdid olundum ifadələrini işlədən Hovard, hazırda Tel Temirde bir kamerada saxlanıldığını qeyd edib.
  Açıqlamasında “uğrunda döyüşdüyüm və iddiaları üçün çox pis şeylər etdiyim insanlar mənə azadlığımı vermək istəmirlər” –deyən, Hovard, kimliyini bilmədiyi başqa bir Amerikalının da məhbus olduğunu yazıb. Məlumata görə, Hovardın İraqda birgə xidmət etdiyi əsgər yoldaşları məsələni ABŞ XİN-ə çatdırıblar.
Müxalifət.az