PKK-nın zorla təhsil “siyasəti”

Baxış sayı:
7192

Terror təşkilatı YPG/PKK, Suriyanın şimalında işğal etdiyi bölgələrdəki məktəblərdə zorla təhsil tətbiq edir. PKK/YPG, uşaqlarını təşkilat təbliğatından uzaq tutmaq istəyən müəllimlərin vəzifəsinə son qoyur.
 
Qamışlıda yerli mənbələrdən alınan məlumata görə, təşkilat, öz ideologiyasını aşıladığı bir təhsildən keçirdiyi 6 müəllimi, uşaqlarını başqa məktəblərə göndərmək istədikləri səbəbilə işdən çıxarıb. Təşkilatın bənzər şəkildə davranan bütün məmurların vəzifəsinə son verməyi planlaşdırdığı bildirilir.
YPG/PKK, işğal etdiyi ərazilərdə yerləşən məktəblərdə üç ildir ki, şagirdlərə etnik mənsubiyyəti əsaslı, militarist və İslamiyyətə qarşı qərəzli fikirlər təlqin edir. Uşaqlarını təşkilat təbliğatından uzaq tutmaq istəyən valideynlər isə xüsusi məktəblərə üz tutur. Ancaq təşkilat, bu məktəblərə də basqın edərək bağlamaqla təhdid edir, ya da özü qapılara qıfıl vurur. Təşkilat, son iki ildə orta məktəb təhsilinə dəstək verən bəzi özəl məktəbləri bağlayıb. Yeni tədris ilində litseyə də tətbiq edəcəyi tədris plana uyğun gəlməyən Süryanilərin məktəblərinə də qıfıl vurulub.

Müxalifət.az