PKK-nın yeni terror strategiyası - DƏHŞƏTLİ PLAN

Baxış sayı:
2563

TSQ-nin ötən günlərdə terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-yə qarşı başladığı hərbi əməliyyatlardan sonra təşkilat ağır zərbələr alıb. Son 1 həftədə öldürülən terror təşkilatı PYD/PKK-lı sayı 40-a çatıb. Türk əsgərinin qarşısına çıxmayacağını anlayan təşkilat Türkiyədə bombalı hücumlar təşkil etmək üçün düyməyə basıb.
 
PKK-nın iki gündür Türkiyəyə yönəlik hərəkətlərinin təhlükəsizlik qüvvələri və MİT-in birgə əməliyyatları sayəsində böyük bir uğurla qarşısı alınıb və terrorçular yaxalanıb.
Aparılan bu əməliyyatlar və PKK-nın bir anda bu cür terror strategiyasının altında hansı bir planın olduğuna təhlükəsizlik mütəxəssisi Abdulla Ağar münasibət bildirib.
 
ÇOX GƏRGİN BİR MÜBARİZƏ VAR
 
“PKK, ABŞ-ın çətiri altında ciddi bir qüvvə olduğunu sübut etmək üçün asimmetrik aksiyalara üstünlük verəcək. Burada cənab Ərdoğanın diqqət çəkdiyi İŞİD-la PKK-nın arasında asimmetrik əlaqənin olduğu artıq bilinən bir gerçəkdir. İŞİD üzərindən Türkiyəyə qurulan bir tələ var. Hazırda təhlükəsizlik qüvvələrinin PKK ilə bağlı çox gərgin mübarizəsi olduğu görünür.
Hazırda Suriya və İraq yeniləmələri var. Bu yeniliklərə bağlı olaraq PKK ortaya bir terror strategiyası ortaya qoymağa çalışır.
 
SEÇKİ MƏSƏLƏSİNƏ DİQQƏT
 
Seçki yeniliklərinə çox diqqət etmək lazımdır. Rəqabətin kəskinləşdiyi bu dövrlərdə PKK manipulyasiyaları daha böyük təsir edir.
Canlı bomba, bombalı avtomobillər, Fəratın şərqində edilmək istənən basqınlar, Türkiyədə yaxalanan ağır silahlar və YPG-li və PKK-lı terrorçuların tutulması, bunların hamısı çox əhəmiyyətli bir tənlikdir. PKK-nın arxasındakı güclərin Türkiyəylə bağlı bir terror strategiyası həyata keçirmək istədiklərini görürük. Türkiyə bu nöqtədə çox ayıq olmalıdır.
Tələyə düşmədən PKK-nı öz tələsinə salmaq lazımdır. Bunlar bir tərəfdən də PKK-nın varlığını təsdiq etmək və təbliğat tədbirləridir. Bu hücum hazırlığındakı bombalı avtomobillərin Yaxın Şərqdə baş verən hadisələrlə əlaqəsi var.”
Müxalifət.az