PKK-nın yeni strategiyası: EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
214

Türkiyədə təhlükəsizlik mütəxəssisi Abdulla Ağar, yazdığı məqalədə, PKK-nın terrorçubaşı Murad Karayılanın Türkiyəyə yönəlik İHA hücumlarını şərh edib. Ağar, bu təcavüz şəklini, terror təşkilatının yeni strategiyası adlandırıb.
 
Ağarın yazısından əsas başlıqlar:
PKK-nın Drone və model uçaqlar vasitəsilə inkişaf etdirməyə çalışdığı yeni terror strategiyası:
Ötən ay ərzində Mardin, Qaziantep və Şanlıurfada ələ keçirilən və ən az 30 fərqli sahədə böyük dağıntılar törədə biləcək "Peşəkar PETYA və C4 partlayıcılarla yaradılmış" bomba qurğularının, canlı bombaların və bombalı vasitələrin yaxalanması, PKK-nın "partlayıcılar üzərindən" yeni bir terror strategiyasını həyata keçirməyə çalışdığını göstərir.
7 noyabrda, yəni bundan bir həftə əvvəl, terrorçubaşı Murad Karayılan bir müsahibə verib. Bu müsahibədə "Düşmənin (Türkiyəni nəzərdə tutur) hava müdafiə sistemini və hava kəşfiyyatını dağıdacağını" iddia edib.
Bu cümləyə baxaraq, başda 10 noyabr günü Şırnakda baş verən model uçaqlı terror hücumlarının altında, bilavasitə PKK-nın ən yüksək səviyyəsinin barmağı olduğunu göstərir.
Bununla yanaşı, müsahibənin sonunda terrorun bir başçısı, "PKK-nın drone və raketləri istifadə edəcək gənclərə ehtiyacı olduğunu" vurğulamaq ehtiyacını da hiss edib.


 
 Bəlli ki, PKK sözdə yeni dövr strategiyası yürüdür
 
1- Partlayıcı yüklənmiş İ-İHALAR (İnsansız İntihar Hava Vasitələri), yəni kamikadze dronlar, model uçaqlar və sui-qəsd amaçlı-silahlı digər insansız hava vasitələrini,
2- Canlı Bombaları,
3- Bombalı avtomobilləri,
4- Basdırılmış, döşənmiş, gizlədilmiş, göndərilmiş PARTLAYICILARI,
5- Hava və zirehli maşınlara qarşı güdümlü/güdümsüz RAKETLƏRİ istifadə etmək istəyəcək.
Həmçinin bu strategiyanın bəzi asimmetrik məqsədlərə xidmət etməsi də həmin partlayıcı yüklü dron və model uçaqlar vasitəsilə təzyiq, müvazinət pozmaq, müvazinəti başqa sahələrə yönəltmək və istiqamətləndirmə söz mövzusu ola biləcəyi kimi, Suriya, İraq və İran tənlikləri başda aldatmağı, təəccübləndirməyi, çaşdırmağı, əyləndirməyi, dayandırmağa, təsiri və təzyiqi azaltmağı qarşısına məqsəd qoymuş ola biləcəyini də nəzərdə tutmaq lazımdır.
Dron və model uçaqlarla bağlı əvvəlcə bunu ifadə etmək lazımdır: 10 noyabrda PKK-nın istifadə etdiyi çox sahəli və çox vasitəli bu terror metodu, əslində yeni deyil. Terrorun bu taktikasını və vasitələrini ilk istifadə edən İŞİD-dır.
-İŞİD-dan rol və taktika qapan, müxtəlif güclərdən lojistik və təlim dəstəyi alan PKK da, zamanla bunu təhlükəsizlik qüvvələrimizə qarşı tətbiq etməyə çalışır.
-Ancaq son hadisə də həm Şırnak, həm də Hakkari-Yüksekova kimi məskun mahal, barak, qərargah, dövlət binası, baza bölgəsi və mülki yaşayış yerlərindən məsələ ilə bağlı hücum xəbərlərinin dalınca gəlməsi və daşıdığı potensial risk səbəbiylə, həssas bir müzakirəyə çevrildi.
 
PKK-nın bu terror taktikası;
 
-Əvvəla, İraq və Suriyadakı qeyri-sabitlikdən,
 
-Zaqrosda snayper tüfəngi istehsal etməsi kimi, İraq və Suriyadakı əldə edilən texniki qabiliyyətdən,
 
-Başda ABŞ, Avropa qitəsi və regional güclərin yaratdığı himayə, maliyyələşmə, təchiz olunma, idarə etmə, istiqamətləndirmə və təlimdən qaynaqlanır.
Bütün bu səbəblərlə, Türkiyənin İraq, İran və Suriya tənliklərində təşəbbüs alaraq təsir etməsi, gələcək təhlükəsizlik, sabitlik və əmin-amanlıq üçün böyük əhəmiyyət daşıyır.
PKK-nın əlindəki bu partlayıcı yüklü dron və model uçaqlar strateji tənliklərdə rolu, törətdiyi risq və əks təsirə dair yaratdığı əsaslarla son dərəcə vacib və həssaslıq daşıyır.
Müxalifət.az