PKK-nın raket materialları ƏLƏ KEÇİRİLDİ

Baxış sayı:
5380

PKK ilə əlaqəli bir şəbəkədə nüvə təsisatlarında və raket başlığının düzəldilməsində istifadə edilən 100 milyon dollarlıq zənginləşdirilmiş alüminium maddəsi ələ keçirilib, 3 nəfər nəzarətə alınıb.
 
Türkiyənin Polis Baş İdarəsinin Kəşfiyyat şöbəsi çox həssas bir əməliyyat həyata keçirib. “Zeytun Budağı” Hərəkatında ağır məğlubiyyətə uğrayan terror təşkilatını addım-addım izləyən kəşfiyyat polisi raket başlığında və nüvə müəssisələrində istifadə edilən yüklü miqdarda zənginləşdirilmiş alüminiumun Türkiyəyə gətiriləcəyi məlumatını əldə edib. Kəşfiyyat PKK-ya bağlı beynəlxalq bir qaçaqmalçılıq şəbəkəsini təqibə alıb.
 
Zamanla yarışdılar
 
Batman Kəşfiyyat İdarəsi briqadalarının təqibində olan şəbəkə zənginləşdirilmiş alüminiumu yüklədikləri avtomobillə birgə Diyarbəkirdə yaxalanıb. Aparılan şok əməliyyatla avtomobildə olan şəbəkə üzvü R.D, M.Y. Və M.Y saxlanılıb. Xüsusi təyinatlı polislərin apardığı tədqiqat zamanı maşının baqajında cəmi 10 kiloqram zənginləşdirilmiş alüminium maddəsi ələ keçirilib.
 
Xüsusi mühafizəyə alınıb
 
Ələ keçirilən zənginləşdirilmiş alüminium polis laboratoriyasında mühafizəyə alınıb. Mütəxəssislər apardığı tədqiqatda ələ keçirilən maddənin müdafiə sənayesində nüvə müəssisələrində və raket başlığının düzəldilməsində istifadə edildiyini müəyyən edib. Kəşfiyyat polisi şəbəkənin terror təşkilatı PKK ilə əlaqələrini təqibə alıb. Bu maddəylə terror təşkilatının hansı hədəfə çatmaq istədiyini müəyyən etmək üçün istintaq dərinləşdirilib.
Müxalifət.az