PKK-nın Qəndildəki düşərgələrinin koordinatları ələ keçirildi

Baxış sayı:
3610

Anadolu Agentliyinin verdiyi məlumata görə,Türkiyədə Çankaya rayonu Birlik Məhəlləsində bir avtomobilin baqajında çox sayda tarixi əsər olduğu və yaxşı qiymətə satacağı bilgisi alınandan sonra Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməmkdaşları bu avtomobili izləməyə alıb.
 
Dayandırılan avtomobildə axtarış aparan polislər, Bizans dövrünə aid 54 qızıl sikkə, Roma dövründən qalma 6 bürünc sikkə və eyni dövrə aid üzərində qartal fiquru olan tarixi obyekt, bir kompüter, çox sayda xarici yaddaş kartları, CD və proqramlar, bir tapança və 69800 lirə pul ələ keçirib.
 
Qəndildəki PKK düşərgələrinin koordinatlarını qeyd etmişlər
 
Əməliyyatda nəzarətə alınan B.Y, E.D. və N.D. Polisə aparılıb.
Şübhəlilərdən ələ keçirilən proqramları araşdıran polis dəstələri, FETÖ və PKK terror təşkilatına aid qeydlər və rəqəmsal sənədləri ortaya çıxarıb.
Şübhəlilərə məxsus rəqəmsal materiallarda aparılan təhlillərdə, FETÖ və PKK-ya aid bəzi proqram və qeydlər çərçivəsində, terror təşkilatının Qəndil dağındakı düşərgələrindən birinin koordinat məlumatlarının da olduğu üzə çıxarılıb.

 Müxalifət.az