PKK-nın qış bazasına zərbə endirildi - 118 terrorçu zərərsizləşdirildi

Baxış sayı:
328

PKK-nın qış bazasına zərbə endirib. Əməliyyat nəticəsində 118 terrorçu zərərsizləşdirilib. Terrorçuların bir çox mağara və sığınacaqları məhv edilib. 
Moderator.az xəbər verir ki, əməliyyatı Türkiyənin  Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıları həyata keçirib. Bundan əlavə Vanın Övüncü bölgəsi başda olmaqla Siirt-Herekol, Bingöl-Ortaçanaq, Diyarbəkir-Görəsə, Tuncəli-Kutu Axarı, Bitlis-Sehi, Hatay-Amanoslar, Muş-Şenyayla, Şırnak-Bestlər Dərələr və Farşin bölgələrində keçirilən əməliyyatlarda 130 ədəd uzun lüləli silah, 180 qumbara, 17 min 871 ədəd döyüş sursatı, 27 ton 534 kiloqram partlayıcı, 10 raket, 232 raket atıcı silah və çox sayda ərzaq ələ keçirilib.