PKK-nın qəddar avropalı döyüşçüləri – “Legion”

PKK terror təşkilatının nəzdində Avropa Birliyi vətəndaşlarından ibarət olan “Legion” taboru yaradılıb.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, “İnternational” adı verilən terrorçuların bir çoxu təcavüz maddəsi ilə məhkum olunmuş şəxslərdir. Taborun mərkəzi Kobani şəhəri hesab olunur. Hazırda qruplaşmanın tərkibinə 3500-5000 terrorçunun daxil olduğu bildirilir. Avropalı terrorçuların Suriyaya ictimai fəal və insan hüquqları müdafiəsi adı altında gəldiyi qeyd olunur. Son 2 ay ərzində həmin terrorçulardan 37 nəfərinin anti-terror əməliyyatları çərçivəsində öldürüldüyü deyilir.