PKK-nın planı pozulunca, B PLANI DÖVRƏYƏ GİRDİ

Baxış sayı:
6838

Terror təşkilatı PYD/YPG ilə razılaşan Əsəd rejimi tərəfdarı olan döyüşçülər Afrinə girməyə çalışdı. Türk artilleriyası tərəfindən edilən xəbərdarlıq atəşindən sonra hərbçilər çəkilmək məcburiyyətində qaldı.
 
Bütün bu proseslər üzərində TSQ və ASO-nun Afrin mərkəzinə girəcəyini görən rejim tərəfdarı Şiə qruplar (Hizbullah) və terror təşkilatı YPG, qondarma müqavilə bağladığını və Afrini Əsədə tərk edəcəklərini bildirib.
Suriya rejimi, dünən özünə yaxın İranın dəstəklədiyi Şiə milislərini Afrinə göndərib. Afrinə gedən qrupun İraq və İrandan gətirilən Elbaker Briqadasına bağlı milislər olduğu bildirilir.
Dünən gündüz vaxtı Hizbullaha yaxınlığı ilə tanınan televiziya kanalı canlı yayımda bir qrup Şiə döyüşçüsünün Afrinə girişini yayımlarkən,TSQ-nin pilotsuz SİHA və F-16-ları çirkli ittifaqın keçid marşrutunu xəbərdarlıq məqsədi ilə bombalayıb. 10-a qədər avtomobil konvoyundan ibarət olan Şiə qrup Afrin şəhər mərkəzinə 10 km qalmış geri dönmək məcburiyyətində qalıb. Təhlükəsizlik qaynaqları Afrinə gündüz vaxtı keçmənin qeyri-mümkün olduğunu və bunun sadəcə görüntü xarakterli bir şou olduğuna diqqət çəkib.
 
"REJİM ORDUSU DEYƏ BİR ŞEY YOXDUR"
 
Suriyada rejim ordusu adlandırılan hərbi hissələrin sayının çox aşağı olduğunu bildirən yerli mənbələr, vəziyyəti belə xarakterizə edib: "Suriyada Suriya Ordusu deyə, bir şey yoxdur. Rusların hava qüvvələri və İranın ayaqda tutduğu birliklər var. Elit quru qoşunlarının demək olar ki, hamısı Dəməşqin içinə və ətrafına sıxılmış vəziyyətdədir. Hizbullah terror təşkilatı və ona bağlı milis qüvvələri çox zaman ordunu təqlid edir, burada olan yalnız İran tərəfdarı olan döyüşçülər, İŞİD döyüşçüləri və PKK döyüşçüləridir. Suriyanın münaqişələr zonasında sadəcə İranın Əfqanıstandan, İraqdan, Livandan, İordaniyadan və Fələstindən gətirdiyi xarici döyüşçülər və pullu əsgərlər var".
 
YPG-nin YENİ MANİPULYASİYASINA QARŞI DİQQƏT!
 
Dünən Türk ordusunun qətiyyətli addımı ilə Şiə döyüşçülərin ərazidən qaçmasından sonra YPG/PKK terrorçuları B planına keçərək, PKK-lılara "Rejim bayrağı asın" göstərişi verib.
Yerli mənbələrdən alınan məlumata görə, TSQ-nin Afrində uçan quşu belə izlədiyini bilən YPG-nin yeni bir manipulyasiya hazırlıqlarına başlayıb. Yaxın günlərdə terror təşkilatı YPG-nin terrorçuları, rejim əsgərinə aid paltarlar geyinib, şəhər mərkəzinə Əsəd bayraqları asaraq, Afrini təhvil aldıqlarını iddia edəcəklər. Bununla da Əsəd ordusunun Afrindəki varlığını dünyaya göstərəcəklər.
Müxalifət.az