PKK-nın neft quldurluğuna son qoyulacaq!

Baxış sayı:
5911

Türkiyənin Təhlükəsizlik və Strategiya eksperti Abdulla Ağar, "Türkiyə Fəratın şərqinə keçirəcəyi əməliyyatla PKK pisliyini oradan təmizləyərək bölgəyə rifah gətirəcəkdir" deyib.
 
Türkiyənin Fəratın şərqinə başlayacağı əməliyyatla, PKK-nın qurduğu neft ticarəti quldurluğuna da son qoyacaq. Məsələyə münasibət bildirən Abdulla Ağar, "Fəratın şərqi təkcə təbii sərvətlərlə bağlı bir əhəmiyyət kəsb etmir. Ən başlıcası geosiyasi məkan olmasıdır. Təbii ki, çıxarılan neft regionda mühüm əhəmiyyət kəsb edir, amma Fəratın şərq hissəsindəki ərazilər, Ərəb dünyası və Osmanlı torpaqları arasında həm hərbi, həm siyasi, həm də iqtisadi mənada əhəmiyyətli bir məkandı. Bu strateji bölgəni PKK, Amerika sayəsində ələ keçirdi. Əsl məsələ ABŞ-ın regionda söz sahibi olmasını istəməsi və təbii sərvətləri öz xeyrinə istifadə etməsidir. Suriya rejiminə PKK-nı dürtmək üçün qaz və neft ehtiyatını istifadə etdilər və uğurlu oldular. PKK nefti çıxarıb, Suriyada emal edərək satır. Hamı terror dəhlizindən bəhs edir, amma o bölgə eyni zamanda PKK-nın həm də narkotik dəhlizidir. Yaxın Şərqdə Qərbin və İsrailin mənfəətləri üçün terror təşkilatları orada yerləşdirilib və davamlı dəstəklə təmin olunub. Fəratın şərqi hər cür qeyri-qanuni işin aparıldığı bir bölgə kimi istifadə edildi. Türkiyə edəcəyi əməliyyatla bu pisliyi oradan təmizləyərək regiona rifah gətirəcəkdir" deyə şərh edib.
 
ABŞ, PKK-ya milyonlarla dollar qazandırır
 
PKK-nın bir çox neft quyusunu işğal edəndən sonra qatil Əsəd ilə razılaşıb, nefti birgə çıxarma qərarı vermişdilər. Sentyabr ayında Tehranda reallaşan 3-lü sammitdə Putin ilə görüşən Ərdoğan, ABŞ-ın dəstəyi ilə ələ keçirilən neft quyularından 800 milyon dollar gəlir əldə etdiyinə diqqət çəkərək, "Deyrizordan hazırda terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Nə ilə? Təbii ki, neftlə. Terror təşkilatının orada çox ciddi neft gəlirləri var. 300 milyon dollarlıq xam neft gəliri söz mövzusudur. Emal olunduqdan sonra bu rəqəm hər halda 700 - 800 milyon dollara çatar" deyə açıqlama vermişdi.
Müxalifət.az