PKK-nın narkotik tarlalarını ABŞ qoruyur

Baxış sayı:
4375

Terror təşkilatı PKK-nın Suriyada fəal olduğu bölgələrdə on minlərlə hektar ərazi narkotik plantasiyalarına çevrilib. PKK-nın Rakka, Haseke və Deyrizorda ərazilərini zorla əllərindən alıb, zəhər tarlasına çevirdiyi bölgə xalqı bununla bağlı “Yeni Şəfəq” qəzetinə açıqlama verib. PKK-nın işğal etdiyi ərazilərdəki narkotik laboratoriyası və narkotik tranzitini izah edən ərazi sahibləri, vacib məlumatlar verib.
 
ASILI VƏZİYYƏTƏ SALIB, TƏŞKİLATA CƏLB EDİRLƏR
 
Rakkada 120 hektar ərazisi PKK-ABŞ ittifaqı tərəfindən qəsb edilən Ənvər Rüşdi, bütün işğal bölgələrində narkotikin satılıb, çəkilməsinin xüsusi bir layihə daxilində təşviq edildiyini söyləyib. Rakka, Tel Abyat, Haseke və Deyrizorda market və apteklərdə narkotik satışı aparıldığını, PKK-nın narkotikadan təşkilata döyüşçü qazandırmaq məqsədilə istifadə etdiyini bildirən Rüşdi, "Gənclər əvvəl narkotikdən asılı hala gətirilir, sonra da PKK sıralarına qoşulur" - deyib.
 
NARKOTİK TARLALARINI  ABŞ-ın  HİMAYƏSİNDƏDİR
 
Müharibə öncəsi rejimin kənd təsərrüfatı üzrə tədqiqat mərkəzləri olan regionlarlda onlarla otlaq və minlərlə hektar sahəyə narkotik əkildiyini bildirən Ənvər Rüşdi, narkotik tarlalarının ətrafında isə PYD nəzarət nöqtələri qurulduğunu söyləyib. Rüşdi, Rakka, Haseke və Tel Abyatda ABŞ bazalarına yaxın nöqtələrdə yerləşən Xəşiş-ə, Dimeşkiye, Əli Beciriye və Mezret Əl Rabia kimi 4 böyük narkotik sahələrinə kimsənin girə bilmədiyini, hətta bəzən ABŞ əsgərlərinin zirehli texnikalarla gəlib burada bir müddət PKK-lılarla qaldıqlarını söyləyib.
 
NARKOTİK TRANZİTİNİ “RONİ” KOD ADLI PKK-lı İDARƏ EDİR
 
Tel Abyatlı vəkil Məhəmməd Səid də PKK-ABŞ işğalındakı ərazilərdə davam edən narkotik dövriyyəsilə bağlı bu məlumatları verib: "PKK-nın Ayn əl Arabda rəhbər heyətində olan “Roni” kod adlı terrorçu 2017-də narkotik sektorunun məsulu olaraq əvvəl Tel Abyata, sonra da Rakkaya göndərilib. Onun tabe olan Abdo Hayyad, Rəşad Kürdo və Loğman Saher adlı PKK-lı terrorçular var. Narkotiki xüsusilə ASO regionlarında Ərəb və Türkmən əhalisi arasında yaymaq üçün xüsusi səy göstərirlər. Münbiç-Cerablus xəttindən rayona narkotik daşıyırlar".
 
MƏRKƏZ RAKKADIR
 
PKK-nın 120 hektar ərazisinə əl qoyduğu Rakkalı Ənvər Rüşdi, bu məlumatları verib: "Təşkilat, 2012-2017 illər arasında Afrini Yaxın Şərqin ən böyük narkotik yetişdirmə və emalı mərkəzinə çevirdi. “Zeytun Budağı” Hərəkatı ilə bölgədən qaçan zəhər tacirlərinin bir qismi Haseke və Tel Abyata getdi, böyük əksəriyyəti isə Rakkaya gəldi. Sənaye bölgəsində onlarca müəssisə narkotik zavoduna çevrildi. Suriya, İraq, Livan, İran, Türkiyə, Körfəz ölkələri və Avropaya sövq ediləcək narkotiklərin becərilməsi, emalı və ixracı ilə bağlı Rakka yeni mərkəz oldu".
 
LİVANLI BARONDAN BÖYÜK DƏSTƏK
 
Tel Abyatlı Məhəmməd Səid, Livanlı narkotik baronu Nuh Zuayterin Rakka mərkəzli narkotik fəaliyyətlərinə dəstək verdiyini deyib. Said, narkotikin bir qismini Rakka-Selemiyye-Humus-Kusayr marşrutundan Livana aparan Livanlı baronun, daha sonra bu zəhəri Ərəb ölkələri və Avropaya ticarət etdiyini deyib. Said, "PKK-nın digər narkotik ixrac kanalı, Mihraç Uralın Lazkiye-Tartus xəttində apardığı xəttdir. Lazkiye-İtalya xəttində 15 ildən çox müddətdir davam edən zəhər ticarətinin ən böyük tərəfdaşları isə Bəşşar Əsədin qohumlarından Rami və Hafiz Mahluf qardaşlarıdır".
Müxalifət.az