PKK-nın “kamikadze dron” bazası müəyyən edildi

Baxış sayı:
2434

Son dövrdə Türk əsgərinin əməliyyatları ilə təngənəfəs olan terror təşkilatı PKK, pilotsuz dron hücumlarının sınağına başlayıb. 8 uğursuz dron hücumu təşkil edən təşkilatın, dron-lar üçün seçdiyi mərkəzin Şimali İraqda yerləşən BMT-nin himayəsində olan Mahmur düşərgəsində olduğu ortaya çıxıb.
 
Türkiyənin öz imkanları ilə istehsal etdiyi İHA (İnsansız Hava Vasitəsi) və SİHA-larla (Silahlı İnsansız Hava Vasitəsi) aparılan əməliyyatlarda böyük itki verən terror təşkilatı PKK-nın Mahmur düşərgəsində gizli bir dron mərkəzi qurduğu məlumatları əldə edilib. Təşkilat, terror yuvası Mahmurda terrorçulara gizlincə dron təlimi verir. “Sabah” qəzetinin xəbərinə görə, təşkilatın bu cür təlimi, ancaq İŞİD-a qarşı mübarizə adı altında yaradılan Qərb koalisiya ölkələrinin gizli xidməti və xüsusi qüvvələr ünsürləri vasitəsilə edildiyi bildirilir.
Əldə edilən Polis hesabatına görə, 10 noyabrda Şırnakda düşən dron-lar GPS dəstəkli və bomba tərtibatlıdır. Model təyyarələr təkərsizdir, birdəfəlik istifadə üçündür və avtomatik olaraq hədəfə istiqamətləndirilə bilinir.
 
Kamikadze dronları
 
Bu cür maket təyyarələrə birdəfəlik intihar dronları deyilir. Yaxın keçmişdə Venesuela prezidenti Nikolas Madura, bu cür təyyarələrdən biri ilə təşkil olunan təcavüzdən son anda xilas olmuşdu.
Müxalifət.az