PKK-nın İstanbulda qanlı planı ifşa oldu

Baxış sayı:
2188

Ölkə daxilində və sərhəd xaricində keçirilən əməliyyatlarla ağır zərbə alan PKK-nın mega şəhərlərdə planlaşdırdığı sensasiyalı hərəkətlər ifşa edilib. Nusaybində sərhəd nəzarəti həyata keçirən Jandarm orqanları Suriya sərhədindən keçən və özlərini ər-arvad kimi tanıdan iki şübhəlini nəzarət altına alıb. Mardin Polisinə təslim edilən şübhəlilərin kimliklərinin saxta olması müəyyənləşəndən sonra hərəkətə keçən Kəşfiyyat və Terrorla Mübarizə əməkdaşları, şübhəlilərin PKK-lı R.S. və B.Y. olduğunu müəyyən edib. SORĞUDA ETİRAF ETDİLƏR Sorğuya alınan PKK-lı terrorçular, təşkilatın qanlı planını etiraf edib. Aparılan çarpaz sorğuda terroristlərin İstanbuldakı kütləvi nəqliyyat nöqtələrində eyni zamanlı aksiya üçün hərəkətə keçdikləri ortaya çıxıb. Yaxalanan terrorçuların ifadələri, planlaşdırılan aksiyanın əslində 2017-ci ildə keçirilmək istəndiyi, İstanbula aparmaq üçün Kızıltəpəyə gətirilən yüksək effektli partlayıcı maddənin ələ keçirilməsi ilə bu planın bir il təxirə salındığı müəyyənləşdirilib. İŞARƏLƏNMİŞ XƏRİTƏ Yaxalanan iki terrorçunun ifadəsinə görə, təşkilat rəhbərliyinin "dağılan terrorçuları yenidən toplamaq və böyük əks-səda salmaq" məqsədilə İstanbulu hədəf götürdükləri ortaya çıxıb. Qadın terrorçu R.S, "Aksiya üçün mənə İstanbuldakı sıx nəqliyyat nöqtələrini göstərən kiçik bir xəritə də verilib. Xəritədə metro və metrobüs dayanacaqları işarələnmişdi. Aksiyanın harada və nə vaxt olacağı üçüncü şəxslər tərəfindən daha sonra bildirilməli idi" deyə, etiraf edib. MÜXTƏLİF RAYONLARA GÖNDƏRİLMİŞLƏR Şimali İraqda əl istehsalı partlayıcı bomba hazırlama təlimi alan və təşkilatın "təxribatçı" adını verdiyi terrorçular, təşkilata Eyn əl-Arab (Kobani) hadisələri dövründə qoşulduqlarını söyləyib. Yaxalanan PKK-lı, "Təşkilatın çağırışı ilə Kobaniyə keçdik. Daha sonra Kobaniyə gedən qruplar içindən könüllü olanları və öz seçdiklərini İraqa göndərib, təxribat təlimi verdilər. Sonra gələn təlimata görə, Türkiyənin müxtəlif bölgələrinə göndərildik" deyib. PARTLAYICI QAMIŞLIDAN GƏLDİ Suriya Qamışlısından Kızıltəpənin Qaratəpə məcrasına bomba daşındığını deyən terrorçular, "350 kiloqram PET partlayıcı maddəsi Kızıltəpədə tutulmasaydı, İstanbulda bir çox terror hücumları həyata keçiriləcəkdi. İstanbula keçəcəkdik, sonra partlayıcılar gətiriləcəkdi. Türk əsgəri partlayıcıları ələ keçirəndə plan pozuldu və bizə DEAŞ-ın etdiyi kimi "yalnız qurd” təlimi verildi" deyə, etiraf ediblər. Terror törədiləcəyini etiraf edən terrorçular İstanbulda gizlənmələrinə və partlayışda istifadə edilən materialların təminində onlara köməkçi olacaq PKK-lıların adlarını də söyləyib. Hərəkətə keçən İstanbul Polisi, terrorçuların ifadələri əsasında müəyyən edilən şübhəliləri təqibə alıb. Yaxın günlərdə keçiriləcək əməliyyatlarla təşkilatın İstanbuldakı hücrə evləri də dağıdılacaq. Müxalifət.az