PKK-nın dağ heyətində yer alan terrorçu yaxalandı

Baxış sayı:
9034

Türkiyədə İzmirin Urla rayonunda qaçaqçılıq şəbəkəsi ilə razılaşaraq Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK/KCK-nın dağ heyətində yer alan terrorçu yaxalanıb.
 
 Urla Gerencə kəndindən bir terror təşkilatı PKK/KCK üzvünün qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədiyi məlumatından sonra İzmir Rayon Jandarm Komandanlığı əməkdaşları əməliyyata başlayıb.
Terrorçunun qaçırıldığı bölgədə geniş miqyaslı təhlükəsizlik tədbiri alan jandarm dəstələri, limana gələn avtomobilləri və şəxsləri izləyib.
Jandarma əməkdaşları Gerencə kəndinə 3 ayrı maşınla gələrək qarovul çəkən M.A, Y.K, İ.Y. və V.E. yaradılan nəzarət nöqtələrində saxlanılıb.
Şübhəlilərin avtomobilində aşkar edilən 51 min lirəyə əl qoyulub.
 
Açıqda gözləyən gəmiyə üzərək qaçmağa çalışıb
 
 Ətrafdakı izləməni davam etdirən Jandarma komandoları, dənizin ortasında gözləyən gəmidən sahilə doğru iki dəfə işıq yandırılıb söndürülməsi ilə şübhələr kater üzərində cəmləşib.
Dərhal əməliyyata başlayan komandolar, gəmidən sahilə enərək gizlənən K.Y. ilə dənizə tullanaraq özünü gözləyən gəmiyə doğru təxminən 15 metr üzən və üzərindən M.H. adına hazırlanmış saxta Suriya vətəndaşı sənədi çıxan digər şübhəli də xəbərdarlıq atəşindən sonra yaxalanıb.
Şübhəlilərə məxsus çanta və əşyalardan da 4 min ABŞ dolları ilə 2 540 lirə ələ keçirilib.
Üzərindən saxta kimlik çıxan şübhəlinin ilk sorğusunda Suriyalı olduğunu və Türkcə bilmədiyini dediyi, ancaq Rayon Jandarm Komandanlığındakı sorğusunda isə həqiqi kimliyinin V.A. olduğunu etiraf etdiyi öyrənilib.
Müxalifət.az