PKK-nın çirkli üzünü ifşa etdi: İRANLI TERRORÇU MƏNİ ZORLADI

Baxış sayı:
2965

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan Amed kod adlı terrorçu ifadəsində, 2015-ci ildə hələ 15 yaşında olarkən təşkilata qatıldığını, İraqın şimalına keçmədən Dağlıca kəndindəki bir bölgədə yenə özü kimi təşkilata yeni qoşulmuş Darşin kod adlı qadın terrorçuya təcavüz edilməsinə şəxsən şahid olduğunu deyib.
 
Amed kod adlı terrorçu, verdiyi ifadədə PKK terror təşkilatındakı uşaq və qadın düşkünlüyünün hədd mərhələdə olduğunu bütün təfərrüatı ilə nəql edib. Terrorçu təhlükəsizlik qüvvələrinə təslim olduqdan sonra separatçı terror təşkilatının içində yaşanan azğınlıqlarla bağlı məlumat verərkən, 2016-ci ildə Zap düşərgəsində qaldığı mağarada Şahan kod adlı İranlı bir terrorçunun təcavüzünə uğradığını, bu vəziyyəti şikayət etməsinə baxmayaraq bir nəticə almadığını, həm də təşkilatın onu casusçuluq, yalan və böhtana görə, Zap düşərgəsində olan Kuker zindanına göndərdiyini bildirib.
 
TERRORÇUBAŞLARI TAM BİR CİNSİ POZĞUNDUR
 
Gördüklərindən və təcavüzə məruz qalanların danışdıqlarından Qəndildəki təşkilat rəhbərlərinin tam bir azğın olduğunu anladığını qeyd edən terrorçu, xüsusən Murad Karayılan və Duran Qalxanın uşaqlar və qadınlara olan düşkünlüyünü hər kəs tərəfindən məlum olduğunu və hər kəsin bu şəxslərə nifrət etdiyini qeyd edib.
 
İMKAN TAPAN QAÇIR
 
Terrorçubaşlarının bəzi uşaqlar və qadınlar üzündən dava etdiyini, bu davalara onları qoruyanların da qarışdığını, qoruyucların da azğınlaşdığını, bu işdə edam edilənlərin münaqişədə ölmüş kimi göstərildiyini izah edən terrorçu, xüsusilə təşkilatda aldadılaraq iştirak edən, zorla qaçırılan uşaqların edamlar qorxusu ilə təşkilatda qaldığını, imkan tapanların da qaçdığını bildirib.
 
Terrorçubaşlarının pozğun istəklərinə razılıq verməyənlərin edam edildiyini, xainliklə günahlandırdığını, mağaralardakı zindanlarda işgəncələrə məruz qoyulduğunu qeyd edən terrorçu, gənclərin və uşaqların həm münaqişələrə asanlıqla göndərilməsi, həm də təcavüzlərə hazır hala gətirilmək üçün narkotikə alışdırdırıldıqlarını, təşkilat içində insanın bir dəyərinin olmadığını, yaxud əməliyyatda ölüm və ya təşkilat tərəfindən edamın bir gün qaçınılmaz vəziyyətə gəldiyini dərk etdiyi üçün qaçdığını ifadə edib.
Müxalifət.az