PKK-nın çirkli üzü: Karayılanın terrorçuya cinsəl təcavüzü İNTİHARA SÖVQ ETDİ

Baxış sayı:
1207

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, terror təşkilatına qarşı istintaqlar və əməliyyatlardan sonra alınan ifadələr, PKK-nın çirkli üzünü ortaya çıxarıb. İfadələrə görə, aldadılaraq dağlardakı düşərgələrə gətirilən uşaqlar təşkilatın terrorçubaşları tərəfindən cinsi istismara məruz qalıb.
 
ƏL BOMBASIYLA İNTİHAR EDİB
 
Baş verən çirkin hadisələr nəticəsində depressiyaya girən uşaqlar ya intihar edib, ya da istismara qarşı çıxanlar isə təşkilat tərəfindən edam edilir. Təşkilatın terrorçubaşı Murad Karayılanı qoruyan "Dilan" adlı terrorçu, Karayılanın cinsəl təcavüzünə məruz qalmasından sonra əl bombası ilə intihar edib.
 
TƏCAVÜZƏ MƏRUZ QALAN QADIN TERRORÇU EDAM EDİLİB
 
S.A. adlı 19 yaşlı terrorçu isə uğradığı cinsəl təcavüzü yüksək rəhbərliyə bildirdiyi üçün edamla təhdid edilib. Baş verənlərdən sonra əli-qolu bağlanılan S.A, burada da 12 təşkilat üzvünün cinsi istismarına məruz qalıb. Separatçı təşkilatın düşərgələrində yaşları 9-a qədər olan uşaqlar, qadın terrorçular tərəfindən müxtəlif bəhanələrlə qorxudularaq təşkilatın çirkin hərəkətlərinə qarşı çıxmamaları üçün yönləndirilir.
 
TERROR DÜŞƏRGƏLƏRİNDƏ UŞAQLARA CİNSİ İSTİSMAR
 
Düşərgələrdə qeyri-etik hərəkətlər, erkək cinsinə məxsus uşaqların istismarı da davam edir. Təşkilat, baş verən istismarlara dözməyərək həyatlarına son qoyan uşaqların gedən döyüşlərdə öldükləri yalanını uydurur. PKK-nın siyasi qolu olan KCK İcra Şurasının üzvü Duran Qalxanın, kiçik yaşda qızları istismar etdiyi, təşkilat üzvü olan qızlarla çəkilən səmimi fotoşəkilləri də ortaya çıxarıb.
Müxalifət.az