PKK-nın AK Partiya və MHP ittifaqı qorxusu

Baxış sayı:
3847

 Terror təşkilatı liderlərindən Cəmil Bayık xilas olmağın yeganə yolu kimi İYİ Partiya, CHP və HDP-yə müraciət edib.
 
2019 bələdiyyə seçkilərində AK Partiya ilə MHP-ni ittifaq etməsi PKK-da narahatlığa səbəb olub.
Seçkilərdə öz siyasi uzantısı olan HDP-nin məğlubiyyətindən qorxan PKK, müxalifət partiyalarının hamısına müraciət edib.
PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık, İYİ Partiya, CHP və HDP-yə birləşmələri lazım olduğunu söyləyib.
 
XİLAS OLMANIN YEGANƏ YOLU
Terrorçubaşı Cəmil Bayık AK Partiya və MHP-dən xilas olmağın yeganə yolunun bu olduğunu ifadə edib.
Terrorçubaşı müxalifət partiyalarına öz aralarındakı problemlərə deyil, hər kəsin vəzifə və öhdəliklərinə sahib çıxmasının lazım olduğunu deyib.
Müxalifət.az