PKK-nın Afrindəki gizli PENTAQON BAZASI

Baxış sayı:
8494

Terror təşkilatı PKK/YPG-nin Afrində Pentaqon binasına bənzər gizli bir baza inşa etdiyi ortaya çıxıb.
 
Suriyanın şimalında yuvalanan separatçı terror təşkilatı PKK-ya qarşı “Zeytun Budağı” Hərəkatını başladan Türk Silahlı Qüvvələri, Afrin bölgəsini tamamilə terror elementlərindən uğurla təmizləyərkən, ABŞ-ın dəstəklədiyi PYD terror təşkilatının Afrində Pentaqona oxşar gizli bazası ortaya çıxıb.
Türkiyənin PKK/PYD ünsürlərinə qarşı başlatdığı “Zeytun Budağı” Hərəkatı tamamilə nəzarət altına alınmasına bir neçə kilometr qalan Afrində, ABŞ-ın Pentaqon bazasına bənzər bir tikilinin inşa edildiyi aşkar edilib.
Suriyada müttəfiq kimi qiymətləndirdiyi terror təşkilatı PKK/PYD-nin nəzarətindəki bölgələrdə hava bazaları və 8 hərbi nöqtədə xüsusi birlikləri olan ABŞ-ın dəstəklədiyi terror təşkilatı PYD, Afrində də Pentaqon binasına bənzər bir baza qurub. Əldə edilən görüntülərdə tamamilə Pentaqon binasının quruluşunu örnək götürərək Afrində eynisinin inşa edildiyi aydın olur.
 
 TERRORÇULARA 550 MİLYON DOLLARLIQ BÜDCƏ
 
 ABŞ Müdafiə Nazirliyi (Pentaqon), 2019-ci il üçün hazırlanan büdcə layihəsində İŞİD ilə mübarizə çərçivəsində, SDG adını istifadə edən PYD/PKK-ya təlim üçün 300 milyon, sərhəd təhlükəsizlik ehtiyacları üçün də 250 milyon dollar olmaqla, ümumilikdə 550 milyon dollar ayırıb. ABŞ 2018-ci ilin büdcəsində, YPG-yə 5 min AK-47 avtomat silahı göndərəcəyini açıqlamışdı.
Müxalifət.az