PKK-nın Afrində 4 MƏRHƏLƏLİ "MÜQAVİMƏT XƏTTİ" - 20 KM-lik YERALTI TUNEL

Türkiyənin əməliyyat hazırlığı Afrindəki PKK/PYD-ni böyük təlaşa salıb.
 
PKK/PYD-li terrorçular gizlənmək, silah saxlamaq və terror təlimi vermək üçün uzunluğu 20 kilometrə çatan tunel şəbəkəsi yaradıb.
PKK-nın kilometrlərlə uzunluqda qazdığı yeraltı tunellərdən sərhədin Türkiyə və İdlib tərəfinə qədər yerləşərək Türk Silahlı Qüvvələrinə ən yaxın bölgələrdə müşahidə məntəqələri inşa etdiyi görünür. Təşkilatın Qəndildən təyin olunan yeni başçısı Mahmud Berhadan, Conka və Basel Haya kəndlərinə əlavə düşərgələr qurub. Yerin altında tunellərdən başqa, Afrin bölgəsindəki qədim toy salonları və bazar yerləri də terror təşkilatının təlim yerlərinə çevrilib. 2012-ci ildən bu yana işğal altında saxladığı Afrində cəmi 13 düşərgə inşa edən təşkilat, silahlı insansız hava vasitələri (İHAvəSİHA) və Türk əsgəri qorxusuyla yer üstü fəaliyyətini tamamilə dayandıraraq yer altına çəkiliblər.
 
MÜQAVİMƏT XƏTLƏRİ
 
Qəndildən yeni təyin olunan Afrin başçısı Mahmud Berhadan, 4 mərhələli bir planın həyata keçirilməsinə başlayıb. Afrini "Cindərəsi-Şeyh Hədid," Mabadli-Raco, "Şaran-Bülbül və “şəhər mərkəzi” olmaq üzrə 4 hərbi bölgəyə ayıran Berhadan, mümkün bir TSK əməliyyatına qarşı sərhəddən başlayaraq 4 mərhələli müqavimət xətti inşa etdirib. Berhadan, birinci "müqavimət xətti”nə PKK-nın müttəfiqi olan ərəb ünsürlərdən ibarət olan Ceyş el-aşair, Ceyş əl-şimal və Ceyş el-suvvar döyüşçülərini yerləşdirib. Terrorçubaşı, ikinci xətdə isə zorla döyüşə cəlb edilənlər və "təcrübəli” terrorçulardan ibarət birlik qoyub. Üçüncü müqavimət xəttinə "mülki komünlər” adı verilən qrup yerləşərkən, ən son hissə olan “şəhər mərkəzi”nə isə asayiş birliyi təhkim edilib.
 
BÜTÜN KEÇİDLƏR CƏBHƏXANADIR
 
Türkiyə sərhədindən 5 kilometr uzaqlıqda olan Raco bölgəsində qatar xəttinə aid tunellər ABŞ-ın verdiyi silah və sursatların saxlandığı anbarlara çevrilib. Son 3 ay ərzində 700-dən çox terrorçu sərhəd boyunca qazılan yer altı tunellərdə işlədilib. Tunellərin bəziləri tank və zirehli texnikaların kamuflyajı üçün yararlı vəziyyətə gətirilib.
 
TONLARLA BOMBA
 
İslahiyə-Hələb qatar xəttinin keçdiyi tunelləri də istifadə edən təşkilat, əlavə qazıntılar apararaq 20 km-dən artıq uzunluğa malik bir yeraltı şəbəkəsi yaradıb. PKK, dərinliyi 4 metr olan tunellərlə birlikdə sərhəd boyunca sahələri də minalayıb. Eyni tunellərdə toplanma və xüsusi iclas zalları da inşa edən terrorçular, TSK əməliyyatında ilk “müqavimət xətti”nin itirilməsi halında bütün tunelləri partlatmağı hədəfləyir.

Müxalifət.az