PKK-nın 30 illik Amanos xəyalı PUÇ OLDU

Baxış sayı:
5692

TSQ Racunu alanda, illərdir bölgədə çox sayda əsgər, polis və mülki şəxsləri şəhid edən PKK-nın, Amanos Dağları üzərindən Aralıq Dənizinə keçid xəyalı da puç oldu.
 
Hatay və Osmaniyə kənarlarında mövcud olan terrorçular da Afrinə dönə bilmədikləri üçün regionda sıxışdırılaraq qalıblar. PKK, Suriyadakı vətəndaş müharibəsinin başlamasından əvvəl, illərlə Əsəd rejimi əsgərlərinin paltarlarını geyərək, Hatay vilayətinin Hassa rayonundan Amanos Dağlarına sızırdı. Buradan da Hatay, Osmaniyə, Qaziantep, Kahramanmaraş, Adıyaman və Malatya şəhərlərinə keçərək terror törədir, çox sayda əsgər, polis və mülki əhalini şəhid edirdi.
 
SIXIŞIB QALDILAR
 
Afrinin, YPG-nin nəzarətinə keçməsindən sonra PKK-lı terrorçular yaz aylarında Hataya sızaraq hücumlarını davam etdirərkən, qış aylarında da YPG-li terrorçular Racu, Şeyx Hədid və Bülbül mahallarına qayıdırdı. Xüsusi xidmət orqanları, sərhəddə nəzarətin təmin olunmasından sonra Racuya geri qayıda bilməyən Amanos ətrafındakı 15 terrorçunun, Qəndilə şifrəli mesajlar göndərdiklərini və kömək istədiklərini öyrənib.
Müxalifət.az