PKK-nın 10 milyonluq narkotiki ƏLƏ KEÇDİ

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının silah və ləvazimatlarını saxladığı sığınacaqlar ələ keçirilib.
Muxalifet.az-ın məlumatına görə, noyabrın 2-də başladılan “Şəhid jandarma Mustafa Nərgiz” adlı əməliyyat nəticəsində sığınacaqlarda saxlanılan çoxsaylı silah və ləvazimatla birlikdə, narkotik maddələr də ələ keçirilib.
Əməliyyat zamanı 9 milyon 768 min lirə dəyərində 744 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.