​PKK-NI KİM SİLAHLANDIRIR?

Baxış sayı:
4534

Muxalifət.az xəbər verir ki, Türkiyənin Siirt vilayəində Yazlıca dağında, PKK terror təşkilatına qarşı aparılan əməliyyat zamanı “NEA 15 CCS” adlı xüsusi silah ələ keçirilib. 30 ildən artıq terrorçularla mübarizə aparan asayiş qüvvələri PKK-da bu silahı ilk dəfə gördüklərini bildiriblər. "NEA 15 CCS" yüksək hazırlıqlı xüsusi qüvvələr tərəfindən istifadə edilən silahdır. Kanadanın “Northern Eastern Arms” (NEA) adlı silah şirkətinin məhsulu olan avtomatın tam adı "NEA15 7.5 - PWD-CSS"-dir.
Terror və təhlükəsizlik məsələləri üzrə türk mütəxəssis Abdullah Ağar bu silahın terrorçulara kimlər tərəfindən verildiyi barəsində şübhələrini “Tvitter” şəbəkəsində paylaşıb./Hurriyyet.org