PKK əndişədə: TERROR TƏŞKİLATI SÜRƏTLƏ DAĞILIR

Baxış sayı:
2953

“Sabah” qəzetinin xəbərinə görə, terror təşkilatının "Dersim" və "Orta sahə" adlandırdığı bölgədə son 1 ildə fəaliyyət göstərən bütün məsul terrorçular öldürülüb. Dersim üzrə məsul İsa Teres öldürüləndən sonra onun yerinə növbə ilə göndərilən Panzer Kamal kod adlı Mədəni Sayılgan, Musa Çetinər və İbrahim Çoban da əvvəlkilərin taleyini yaşayaraq məhv edilib.
 
Tunceli bağlı fəaliyyət göstərən Qara dəniz əyaləti üzrə məsul Mehmet Yakışır ilə Barış Önər də öldürüləndən sonra PKK bölgəyə məsul olacaq terrorçubaşı göndərə bilmədi. Təşkilatın regiona yeni terrorçu rəhbər göndərə bilməyəcək vəziyyətə düşdüyü müəyyənləşdirilib.
 
TƏLAŞ SİMSİZ RABİTƏDƏ DƏ ƏKS OLUNUB
 
Qorxu terror təşkilatının simsiz danışmalarına da əks olunub. Qəndillə 23 sentyabr günü əlaqə quran Şoreşger simsiz kodlu terrorçu, bölgəyə məsul terrorçunun göndərilmədiyi təqdirdə qaçanların sürətlənəcəyini söyləyib. Terrorçu, simsiz rabitədə Qəndil rəhbərliyinə qaçmalar sürətləndiyi təqdirdə corab söküyü kimi arxasının gələcəyini şıfrəsiz, açıq bir şəkildə izah edib.
Müxalifət.az