PKK Menbiçə SİLAH VƏ CANLI QÜVVƏ DAŞIYIR – TÜRKİYƏ QORXUSU

Baxış sayı:
1147

Afrində “Zeytun budağı” hərəkatı ilə ağır zərbə alan PKK/YPG, Türk ordusunun mümkün bir əməliyyatına qarşı hazırlıqlar görür.
 
Ötən həftə ABŞ komandirlərinin Menbiçdə YPG-lilərlə gizli görüşündən sonra 200 nəfərlik hərbiçi qrupu aldıqları təlimin nəticəsi olaraq “Fərat Qalxanı” bölgələri ilə sərhəd ərazilərə sövq edilir.
 
TÜRKİYƏ MENBİÇDƏN ÇIXMALARINI İSTƏYİR
 
Qeyd edək ki, Türkiyə PKK/YPG qüvvələrinin Menbiçdən çıxaraq Fəratın şərqinə çəkilməsini istəyirdi.
ABŞ ilə razılaşmaya görə, Menbiç Ərəb xalqına buraxılaraq, bölgəni Türkiyə və ABŞ birgə idarə edəcəkdilər. Prezident Ərdoğanın hədəflərinin Tel Rifat və Menbiç olduğu açıqlamasından sonra bölgə yenidən hərəkətə gəlib.
Menbiç və Fəratın şərqindəki YPG düşərgələrində təlim alan terrorçular Fəratın qərbindəki Tel Rifat və Menbiçə istiqamətləndirilir.
Xatırladaq ki, ABŞ 10 gün əvvəl PKK/YPG terrorçularına 200 TIR dolu silah və sursat göndərmişdi.
Müxalifət.az