​PKK mağaraları məhv edildi

Baxış sayı:
1002

Türkiyənin Diyərbəkir şəhərində PKK-ya qarşı aparılan hərbi əməliyyatlar zamanı 2 terrorçu ələ keçirilib.
Muxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində terrorçuların istifadə etdiyi 9 sığıncaq və 14 mağara aşkarlanaraq istifadəyə yararsız hala gətirilib.
Bundan əlavə, hərbi birləşmələr xeyli sayda silah-sursat, məişət əşyaları və hərbi geyim ələ keçirib.
Narkoterrorizmlə mübarizə çərçivəsində Diyərbəkirin Lice və Kocaköy mahallarından tapılan 836 kiloqramdan çox narkotik vasitə də müsadirə edilib.