PKK Londonda TRT World binasına hücum etdi

Baxış sayı:
7438

Terror təşkilatı PKK tərəfdarları TRT World-ün London mərkəzinə hücum edib. TRT Worldün Grays Inn Road mərkəzinə gələn təxminən 50 terror təşkilatı tərəfdarı binanın lobbisinə daxil olub. ÖCALAN PLAKATLARI İLƏ GƏLDİLƏR Terror təşkilatının terrorçubaşı Abdulla Öcalanın portretləri ilə təşkilatın simvolalarını daşıyan qrup, TRT-nin lobbisini təxminən bir saat müddətincə işğal edib. POLİS ÇÖLƏ ÇIXARDI Təhlükəsizlik səddini aşmayan terror təşkilatı tərəfdarları, daha sonra hadisə yerinə gələn İngilis polisi tərəfindən binadan çıxarılıb. Polisin bir müddət daha bina qarşısında təhlükəsizlik tədbirləri aldığı görülüb. Hadisədə TRT əməkdaşları və ofisi zərər görməyib. Müxalifət.az