PKK-lılardan ALMANİYADA ÇILPAQ AKSİYA –FEMEN KİMİ SOYUNDULAR

Baxış sayı:
3232

“Zeytun Budağı” hərəkatının dayandırılması üçün Almaniyada hərəkətə keçən terror tərəfdarları, FEMEN üzvləri kimi soyundu.
 
Türkiyə sərhədinə region üçün böyük təhlükəyə çevrilən terrorçuların zərərsizləşdirilməsi üçün hərəkətə keçən Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” hərəkatı çərçivəsində bölgədə 1595 terrorçunu məhv edib.
 
“AFRİNDEN ÇƏKİLİN”, AKSİYASI
 
Bölgədəki əməliyyatlar qərarlı bir şəkildə davam edərkən, terror tərəfdarları daı bütün fürsətlərdən istifadə edərək Afrinə keçirilən əməliyyatın durması üçün aksiyalar keçirir.
 
FEMEN KİMİ SOYUNDULAR
 
Terror tərəfdarlarının son dayanacağı isə Almaniya olub. Ölkədə tez-tez terror təşkilatı PKK üçün aksiya keçirən təşkilat tərəfdarları, bu dəfə fərqli bir tərz nümayiş etdiriblər.
Terror tərəfdarları, diqqətləri cəlb etmək üçün FEMEN üzvləri kimi bədənlərinə yazılar yazaraq çılpaq aksiya keçirib.
Müxalifət.az