“PKK liderləri tezliklə ZƏRƏRSİZLƏŞDİRİLƏCƏK”

Baxış sayı:
757

Təhlükəsizlik mütəxəssisi Mete Yarar, Türkiyənin terror yuvası olan Qəndilə hər gün əməliyyat keçirdiyini bildirərək peyk nəzarətli uçuş aparan pilotsuz ANKA-S-lər sayəsində terror təşkilatı PKK-nın lider kadrlarının zərərsizləşdirilməsinin çox yaxın olduğunu deyib. Ekspert ANKA-S-lər sayəsində mağara içindəki terrorçuların belə vurulduğunu bildirib.
 
Təhlükəsizlik üzrə ekspert Mete Yarar, Amasiya Bələdiyyəsi Mədəniyyət Mərkəzində "Yeni Dünya Nizamında Güclü Türkiyə" mövzusunda mətbuat konfransı verib. Türkiyənin hazırlığını davam etdirdiyi Afrin əməliyyatından öncə sərhəd xəttində təhlükəsizlik tədbirlərinə önəm verməsi ilə yanaşı, terror yuvası Qəndil bölgəsinə hər gün əməliyyat təşkil etdiyini də qeyd edən Yarar, "Qəndildə hər gün əməliyyat keçirilir. Keçmişdə çox sayda əsgər və texnika ilə əməliyyat aparılırdısa, indi texnoloji olaraq bunlar edilir. Mağaranın ağzından içərinin dərinliyinə qədər atılan raketlər təsirli olur. Keçmişdə atılanlar dikinə gəlirdi. İndi atılan raketlər üfüqi vəziyyətdə də uçduğu üçün mağaranın ağzından içəri girə bilir. Son öldürülən bir çox terrorçu mağaranın dərinliyində öldürülüb. Ən axır ki simsiz rabitə vasitələrindəki danışılarda "3 nəfər bir araya gəlirik. Haradan gəldiyini bilmədiyimiz bir raketlə ölürük deyirlər" deyə, bildirib.
 
ANKA-S SAYƏSİNDƏ PKK-nın LİDER KADRLARININ MƏHVİ ÇOX YAXINDIR "
 
Terror təşkilatının başçılarının və lider heyətinin nəyə görə yaxalanıb, zərərsizləşdirilmədiyi ilə bağlı sualı cavablandıran təhlükəsizlik eksperti Yarar, "PKK liderlərinin zərərsizləşdirilməsi ANKA-S sayəsində çox yaxındır" deyib.
Yarar, Türkiyənin Afrin əməliyyatı ilə kifayətlənməyib, daha sonra bəlkə aylarla sürəcək toqquşmalı mühitə qədəm qoyulacağını bildirib. Onun fikrincə, bu günə qədər Türkiyəyə gəlib münaqişəyə girdikdən sonra öldürülən Suriyalı PKK-lıların 30 faizi məhz Afrin rayonundan gələnlərdir: "İdeologiyaya bağlı bir üst təbəqəsi var Afrində. Ona görə də üzdən də asanlıqla oranı tərk etmək istəməyəcəklər. Təxminən 6 ildən bəri yer altını qazırlar və yer altında hər cür yerləşmə imkanı yaradılıb. Bildiyiniz hər yerin altına tunellər inşa ediblər. Mənim bildiyimə görə, kilometrlərlə uzunluqda olan bu tunelləri bir-birinə bağlayıblar".
Müxalifət.az