PKK-lı xainlər donuz yeyərkən vuruldu!

Baxış sayı:
880

Türkiyənin təhlükəsizlik qüvvələrinin terror təşkilatı PKK-ya qarşı əməliyyatların aparıldığı ərazilərdəki kəşfiyyat işləri, təşkilatın yaşadığı tənəzzülü ortaya qoyur.
 
Bölgə xalqı üzərindəki təsirini tamamilə itirən təşkilat, etdikləri xəbərdarlıqlarla təhlükəsizlik qüvvələrinin əməliyyatlarına yardımçı olan yerli əhalinin də dəstəyi ilə dalana girib. Yaxalanan və təslim olan terrorçuların verdikləri ifadələr, təşkilatın, təhlükəsizlik qüvvələrinin əməliyyatları qarşısında çarəsiz qaldığını ortaya qoyur.
 
SİHA DONUZ YEYƏRKƏN VURDU
 
Bunun son nümunəsi, Amanos dağlarında aparılan əməliyyatlarda görülüb. Bir qrup terrorçunun  pilotsuz SİHA-lar tərəfindən vurulduğu ərazidə aparılan kəşfiyyat fəaliyyətilə, təşkilat mənsublarının ovladıqları çöl donuzunu açıq ərazidə yeyərkən təhlükəsizlik qüvvələrinin hədəfi olduğu müəyyənləşdirilib.
PKK-lı terrorçuların, uğurlu əməliyyatlar nəticəsində hərəkət qabiliyyətlərini itirdikləri, yemək tapmaqda belə çətinlik çəkdiyi bildirilib.
Müxalifət.az