PKK-lı xain etiraf etdi: Təxribat qrupu Qara Dənizdə

Baxış sayı:
2752

Şimali İraqdan Qara Dənizə açılma planı iflasa uğrayan PKK-nın, terrorçuları Ermənistan üzərindən Türkiyəyə keçirmək planı da ifşa olub. Bitlisin Tatvan kəndində yaxalanan "Delal M" kod adlı Mizgin K-nın ifadəsi, PKK-nın Qara Dənizdə reallaşdırmağa planlaşdırdığı terror aksiyalarını gün üzünə çıxarıb. PKK-lı Mizgin K, könüllü olan və təşkilatın rəhbərləri tərəfindən seçilən terrorçuların sərhədin o tayına aparılaraq, bomba hazırlama məsələsində təlim aldıqlarını söyləyib.
 
SURİYA VƏ İRAQDA BOMBA TƏLİMİ
 
Suriya və İraqdakı düşərgələrdə 6 ay ərzində bomba hazırlama məsələsində təlim aldığını deyən terrorçu, təşkilatın "təxribatçı" adını verdiyi 30 nəfərlik qrupların bu təlimi "xarici terror təşkilatı üzvlərindən" aldıqlarını deyib.
Aldığı 6 aylıq təlimin 5 ayının əl istehsalı partlayıcı (EYP) hazırlayaraq keçdiyini deyən Mizgin K, təlim bitdikdən sonra PKK-nın üst rəhbərliyinin "6-8 nəfərlik qruplara ayrılaraq Türkiyənin şimal əyalətlərinə göndərin" göstərişi ilə, qruplara bölünərək Suriya və İraq üzərindən İrana getdiklərini deyib. Mizgin K, buradan da təşkilatın istifadə etdiyi qaçaqmalçıların köməyi ilə Qars, Ağrı, Van üzərindən Qara dəniz regionuna keçdiklərini söyləyib.
 
DÖNGƏDƏ PARTLADIN
 
 Terrorçu Mizgin K, təşkilatın regionda EYP planlı aksiya hazırlığında olduğunu etiraf edib. Yol üzərindəki bütün dairələrin təhlükəsizlik qüvvələri tərəfindən daim nəzarət edilməsindən dolayı təşkilatın bombalı tələlər üçün bu cür yerləri seçməmələri üçün göstəriş verdiyini deyən PKK-lı Mizgin K, "Yollarda maşınların səngidiyi döngə, eniş kimi yerlərə üstünlük verməyimiz barədə göstəriş aldıq" deyib.
Müxalifət.az