PKK-lı terrorçulardan qan donduran etiraflar

Baxış sayı:
7867

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan H.A. kod adlı terrorçu ifadəsində içində olduğu terrorçu qrupun təhlükəsizlik güclərinin etdiyi bir əməliyyatda çox itki verdiyini və bir neçə təşkilat əməkdaşının yaralandığını, özünün isə yara almadan xilas olduğunu bildirib.
 
Yaralananlar arasında D. kod adlı bir qadın terrorçunun da olduğunu deyən terrorçu, soyuqdan qorunmaq üçün gecə keçirdikləri mağarada donmamaq üçün bir-birinə təmas halında yatdıqlarını, sözdə başçılarının yaralı qadın terrorçuya bu əsnada təcavüz etdiyinə şəxsən şahid olduğunu, qadın terrorçunun buna etiraz belə etmədiyini qeyd edib. H.A. kod adlı terrorçu təşkilatda qadınların yalnız bir kölə kimi olduğunu, sözdə terrorçubaşlarının qadın təşkilat nümayəndələrini istədikləri kimi istifadə etdiklərini bildirib.
 
YERLİ XALQI ALDATMA ÜSULU
 
Terrorçu xüsusilə kənd yerində dəstək tapmaq üçün gənc qızlara xitabən bacılarımız və qardaşlarımız deyə xitab etmələrinin əslində sadəcə yerli xalqı aldatmaq üçün istifadə edilən üsullardan biri olduğunu ifadə edib.
Müxalifət.az