PKK-lı terrorçu HƏR ŞEYİ ETİRAF ETDİ..

Baxış sayı:
2599

Terror təşkilatı PKK-nın şəhərlərdə apardığı fəaliyyətlər ifşa edilib. Qurulan siyasət akademiyası ilə təşkilati təlimlər verildiyini etiraf etmiş terrorçu A.A, bunun HDP və DBP çətiri altında aparıldığını bildirib.
 
Ələ keçirilən PKK terrorçusu A.A, təşkilatın şəhərlərdəki fəaliyyəti haqqında bir çox etiraflar edib. İstanbulda yaxalanan PKK-lı A.A, təşkilatın siyasi partiyalar vasitəsilə şəhərlərdə apardığı işlər haqqında məlumat verib.
 
ŞƏHƏR TƏŞKİLATLANMASINA PKK-dan TƏLİM
 
Terrorçu A.A, terror təşkilatı PKK-nın, şəhər quruculuğuna "siyasət akademiyası" adı altında təşkilati təlimlərin verildiyini bildirib. Siyasət akademiyalarında ideoloji təlimlər verildiyinə diqqət çəkən A.A, "Abdullah Öcalan haqqında təlimlər verilirdi. Təlimi verənlər əksəriyyəti HDP və DBP rəhbərlərindən ibarət bir qrupdur. Hakkaridə, Şırnakda, Vanda hər yerdə bu təlimlər keçirilir" deyə, söyləyib.
 
SİYASƏT AKADEMİYASI PKK-nın QURUMUDUR
 
Özünün də "qadın akademiyasında" iştirak etdiyini etiraf edən A.A, bunları qeyd edib: "Siyasət akademiyası legal görünüşlü olan, lakin məzmun olaraq tamamilə PKK-nı təmsil edən qurumdur. Bəhs etdiyim qurum PKK-nın bir qurumudur. Siyasət akademiyasında, həm təlim verdim, həm də təşkilatlanma işlərində iştirak etdim. Akademiyada rayon təşkilatlarına bağlı fəaliyyətlər aparılır, bir günlük, bir aylıq təlim fəaliyyətləri planlaşdırılır".
 
BƏLƏDİYYƏLƏR MADDİ DƏSTƏK VERİB
 
Sonra PKK-lı A.Ab unları söyləyib: "Təşkilatlanmalarını legal zireh altında edə bilmək üçün demək olar ki, bütün kadr təşkilat mənsubları, HDP və DBP partiya məclisi üzvlərinin zirehinə büründürüldü. Yəni, qeyri-qanuni fəaliyyətlər bu gün partiyalar vasitəsilə legal olaraq aparılır".
Akademiyada "iqtisadiyyat komitəsində" yer aldığını bildirən A.A, bu orqanın lazım olan ehtiyacları bələdiyyələrdən pul toplayaraq ödəndiyini ifadə edib.
 
MƏQSƏD KÜÇƏLƏRİ TƏŞKİLATLANDIRMAQDIR
 
Etirafçı PKK-lı A.A, təlimlərin əsas məqsədinin məhəllələrdə PKK təşkilatlanmalarını təmin etmək olduğunu vurğulayaraq, konfiqurasiyanın "inşa və akademiya" olmaqla, 2 sahədən ibarət olduğunu bildirib. A.A, PKK-lılara "təşkilati psixologiyanın təlqin edilməsi və necə hərəkət olunması" mövzularında təlim verildiyini deyib.
Müxalifət.az