PKK-lı terrorçu ABŞ əsgərini vurdu

Baxış sayı:
6397

ABŞ dəniz piyadalarına bağlı bir serjantın, Suriyada yaralı Ərəb vətəndaşlara kömək etdiyi üçün silahlı YPG/PKK terrorçusu tərəfindən vurularaq xəsarət aldığı və ABŞ Müdafiə Nazirliyinin bu (Pentaqon) təcavüzün üstünü örtdüyü iddia edilib.
 
Amerikan "Task and Purpose" xəbər saytı, hadisə ilə bağlı məlumatı olan mənbələrə əsaslandırdığı xəbərində, təcavüzün ABŞ-a aid Deyrizor yaxınlığındakı hərbi bazada meydana gəldiyini bildirib.
Xəbərdə, hadisənin, yüksək vəzifəli zabit Kameron Halokoviçin, silahlı YPG/PKK döyüşçülərinin etirazlarına baxmayaraq bazanın qapısına gələn bir furqondakı yaralı Ərəb vətəndaşlara yardım etməsindən qaynaqlandığı iddia edilib.
 
ABŞ BAZASI QARIŞDI!
 
Hərbi bazada ABŞ əsgərləri SDG adını istifadə edən YPG/PKK terrorçuları arasında zaman-zaman gərginlik yaşandığını irəli sürən mənbələr, Halkoviçin, furqondakı yaralılara kömək etdiyi həmin gün saat 21.00 civarında keşik nəzarətinə çıxarkən qapıda keşik çəkən YPG/PKK döyüşçüsü tərəfindən ayağından vurulduğunu söyləyib.
Hücum zamanı Halkoviçin yanında olan müavini Kapral Qana Downeynin də təcavüzkarı M-4 tipi piyada tüfəngi ilə vuraraq öldürdüyü irəli sürülüb.
 
Halkoviç və Downeyə orden verildi
 
Toqquşmalarda yaralanan və ya ölən ABŞ əsgərlərinə rəhbərlik tərəfindən  "Bənövşəyi Ürək", Downeyin isə Halkoviçin həyatını xilas etdiyi səbəbilə "Müştərək Xidmət Təşəkkür Medalı" ilə təltif edildiyi qeyd edilib.
ABŞ-ın əməliyyat apardığı bölgələrdə ölüm və yaralanma ilə nəticələnən hər cür təcavüz və ya qəza Pentaqon tərəfindən bildirilərkən, bu hadisə haqda xəbər verilməməsi diqqəti çəkib.
Pentaqonda mətbuat konfransı keçirən ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanı, ordu generalı Cozef Votel, məsələ ilə bağlı verilən suala, "Xəbəri gördüm. Bu mövzuda şərh vermədən öncə komandamla danışmağım lazımdır" deyə, cavab verib.
Müxalifət.az