PKK-lı qadınları doğuşa məcbur edirlər: SONRA ANA-BALANI AYIRIRLAR

Baxış sayı:
13987

Terror təşkilatı PKK/KCK-nın son illər azalan terrorçu sayını artırmaq üçün qadın döyüşçüləri doğuma zorladığı təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu ifadəsi ilə ortaya çıxıb.
 
 Məlumata görə, PKK/KCK-nın sadəcə ictimai dəyərləri məhv edən deyil, qadını, qadın şəxsiyyətini alçaldan və istismar edən sapıq bir təşkilat olduğu hərəkətləri ilə bir daha üzə çıxıb.
PKK/KCK-nın iddia etdiyi sözdə etika və əxlaqa çatmaq məqsədindən nə qədər uzaq olduğu və var olan nizam əvəzinə, sözdə vəd etdiyi öz əxlaq rejimini azğın bir mentalitetin təməli üzərində qurmağa çalışdığı da görünür.
Təhlükəsizlik qüvvələrinin əməliyyatları ilə küncə sıxılan və aldığı ağır zərbələrlə gündən-günə zəifləyən PKK/KCK, dağa çıxanların azalması və təşkilat içərisində sapıq əlaqələrin ortaya çıxması da döyüşçü təminində çətinlik çəkirlər. Küncə sıxışdırılan qanlı terror təşkilatı PKK/KCK, terrorçu sayını artırmaq üçün yenə pozğun qadınları istifadə edir.
 
"Doğulan uşaqlarla terrorçu sayını artırmağa çalışırlar”
 
PKK/KCK-nın saylarının azalması səbəbindən qadın döyüşçüləri doğuma məcbur etdikləri gerçəyi 20 noyabrda təhlükəsizlik qüvvələrinə təslim olan S.D. adlı terrorçunun ifadəsi ilə gün üzünə çıxıb.
S.D, Ağrı Rayon Jandarm Komandanlığında verdiyi ifadəsində, İraqın Zap və Suriyanın Hasekə bölgəsində olduğunu söyləyib.
Separatçı terror təşkilatları PKK/KCK və PYD/YPG-nin son illər azalan saylarının artırılmasına yönəlik yeni üslub axtarışları içərisində olduqlarını bildirən S.D, "Hazırda Suriya ərazisində fəaliyyət göstərən R. adlı qadın terrorçu mənə, saylarını artırmaq üçün təşkilat mənsubları arasında cinsi əlaqə yolu ilə yeni doğuşlara məcbur etdikləri və doğuşların İraqın Mahmur bölgəsində həyata keçirildiyini bildirdi" deyib.
S.D, ifadəsində, bu məlumatları verib:
“R. adlı terrorçu mənə anasının təşkilatda ikən hamilə qaldığını, doğumundan etibarən anası və atası ilə heç görüşdürülmədiyini, 7 yaşına qədər İraqın Mahmur düşərgəsində başqa təşkilat mənsubları tərəfindən yetişdirildiyini, 13 yaşında təşkilata tam olaraq qatıldığını, onu yetişdirən təşkilat nümayəndələri ilə görüşdüyünü, lakin bioloji ana və atasını heç tanımadığını söylədi. R. mənə düşərgədə özü kimi 10-15 terrorçunun olduğunu, bu cür doğulan uşaqlara anaları ilə təmasının təşkilat rəhbərliyi tərəfindən qadağan olunduğunu və ana təşkilat mənsublarının başqa fəaliyyət sahələrinə sövq edildiyini söylədi".
Müxalifət.az